Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    BƏƏ-nin Fuceyra limanına dron hücumundan sonra bəzi neft əməliyyatları dayandırılıb

    14 Mart 2026 13:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BƏƏ-nin Fuceyra limanına dron hücumundan sonra bəzi neft əməliyyatları dayandırılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Birləşmiş Ərəb Əmirliklərinin strateji əhəmiyyətli Fuceyra limanı pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib. "Bloomberg"in yaydığı məlumata görə, hücum nəticəsində limandakı neft anbarlarında güclü yanğın başlayıb.

    VOA xəbər verir ki, hadisə yerindən çəkilən görüntülərdə limandan qatı tüstü buludlarının yüksəldiyi müşahidə olunur. Yanğın və təhlükəsizlik riskləri səbəbindən limandakı bəzi neft yükləmə əməliyyatlarının və digər fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığı bildirilir.

    Bu hücum fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara cavab olaraq Tehranın həyata keçirdiyi əks-həmlələrin tərkib hissəsi kimi qiymətləndirilir. İran rəhbərliyi İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi BƏƏ, Qətər və Bəhreyn kimi ölkələri də hədəf seçdiyini bəyan edib.

    Xatırladaq ki, ABŞ-İsrail hücumları nəticəsində İranın ali lideri Ayetullah Əli Xameneyi də daxil olmaqla çox sayda yüksək rütbəli rəsmi həyatını itirib. İran tərəfinin məlumatına görə, ölkədə davam edən zərbələr nəticəsində ölənlərin sayı 1348-i keçib, 17 mindən çox insan isə yaralanıb. Fuceyra limanındakı son hadisə qlobal enerji bazarlarında tədarük zənciri ilə bağlı narahatlıqları daha da artırıb.

    #İran #BƏƏ #PUA #raket #İsrail və İran gərginliyi #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    3 Sentyabr 2026 14:34

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    3 Sentyabr 2026 10:32

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    3 Sentyabr 2026 09:09

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    2 Sentyabr 2026 22:06

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    2 Sentyabr 2026 21:37

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    2 Sentyabr 2026 20:28

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    2 Sentyabr 2026 19:53

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11
    XƏBƏR LENTİ

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.