Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    BƏƏ hava hücumundan müdafiə sistemləri İranın raket və PUA-larını zərərsizləşdirib

    16 Mart 2026 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BƏƏ hava hücumundan müdafiə sistemləri İranın raket və PUA-larını zərərsizləşdirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan atılan ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edildiyini açıqlayıb.

    VOA xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə bölmələri və qırıcı təyyarələrin müdaxiləsi nəticəsində təhdidlərin havada məhv edilməsindən qaynaqlanıb. Nazirlik bütün müdafiə vahidlərinin İran mənbəli hücumlara qarşı tam hazırlıq və yüksək teyakkuz vəziyyətində olduğunu vurğulayıb.

    Bu gərginlik fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatların davamı kimi qiymətləndirilir. Belə ki, Vaşinqton və Tehran arasında nüvə müzakirələrinin davam etdiyi bir vaxtda başlayan hücumlar bölgədə müharibə alovunu alovlandırıb. İran tərəfi İsrail ilə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi BƏƏ, Qətər və Bəhreyn kimi ölkələrdəki hədəfləri raket və dron zərbələri ilə hədəf almaqla cavab verir.

    Məlumata görə, ABŞ-İsrail koalisiyasının hücumları nəticəsində İranın ali lideri Ayətullah Əli Xameneyi və bir çox yüksək rütbəli rəsmi həlak olub. İran rəsmilərinin son statistikasına əsasən, bu zərbələr nəticəsində ölənlərin sayı 1348-i keçib, yaralıların sayı isə 17 mini ötüb. BƏƏ rəhbərliyi regional təhlükəsizliyin qorunması üçün beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirdiyini və ölkə daxilində mülki infrastrukturun mühafizəsi üçün bütün tədbirlərin görüldüyünü bəyan edib.

    #BƏƏ #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #Pilotsuz uçuş aparatı (PUA) #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    31 Avqust 2026 13:52

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    BƏƏ cüdo millisi Lozanna "Böyük Dəbilqə" turnirinə qatılır

    27 Avqust 2026 07:21

    İslam dəyərləri və ictimai həmrəylik BƏƏ-nin inkişaf yolunun təməlidir - Şeyxa Fatimə bint Mübarək

    26 Avqust 2026 13:25

    Əbu-Dabi basketbol üzrə ilk Avroliqa Superkubokuna ev sahibliyi edəcək

    25 Avqust 2026 20:18

    BƏƏ ilə Polşa arasında yeni hava körpüsü - 14 dekabrdan Qdansk uçuşları başlayır

    25 Avqust 2026 16:15

    Dünyanın ən sürətli dördsilindrli seriyalı avtomobili - Lotus Emira 420 Sport BƏƏ-də təqdim olundu

    15 Avqust 2026 19:15

    BƏƏ Hörmüz boğazında ADNOC gəmisinə hücumu pisləyib

    15 Avqust 2026 18:13

    BƏƏ Hörmüz boğazında iki ADNOC gəmisinə hücumu sərt şəkildə pisləyib

    14 Avqust 2026 11:36

    Yaxın Şərq nə müharibə, nə də sülh vəziyyətində qala bilməz

    11 Avqust 2026 18:08
    XƏBƏR LENTİ

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

    Prezident İlham Əliyev: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur

    Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

    Ula və Xeybərdə medalyon formalı daş sərdabələr tapıldı (FOTO)

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    Kərim Benzema karyerasını başa vurmağa hazırlaşır

    "Arabian Drilling"dən 800 milyon dollarlıq saziş: 11 qazma qurğusu işə düşür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.