Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Dəməşq meydanlarında tarixi Novruz şənlikləri keçiriləcək

    17 Mart 2026 05:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dəməşq meydanlarında tarixi Novruz şənlikləri keçiriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Suriya paytaxtı Dəməşq bu il yazın gəlişini və Novruz bayramını (21 mart) rəsmi və xalq səviyyəsində qeyd etməyə hazırlaşır. Uzun onilliklərdən sonra ilk dəfə olaraq paytaxtın mərkəzi meydanlarında rəsmi statusla keçiriləcək bu tədbirlər Suriyanın müasir tarixində mühüm dönüş nöqtəsi hesab olunur.

    VOA xəbər verir ki, Prezident Əhməd əş-Şəranın imzaladığı son fərmandan sonra, Dəməşqdə şənliklərin martın 20-si və 21-i tarixlərində geniş miqyasda keçirilməsi planlaşdırılır. Paytaxt sakinləri və müxtəlif ictimai təbəqələrin bu tarixi günlərdə yüksək fəallıqla iştirak edəcəyi gözlənilir.

    Paytaxtın mərkəzində bayram hazırlıqları

    Dəməşqin ən mühüm rəmzlərindən biri olan Əməvilər meydanında Novruz bayramı münasibətilə təşkil olunacaq möhtəşəm konsertin afişaları artıq yerləşdirilib. Mədəniyyət Nazirliyi paytaxtın məşhur Opera Teatrında xüsusi musiqi proqramı hazırlayıb. Eyni zamanda, şəhərin şimal-qərb hissəsindəki Əl-Feyha stadionunda da böyük xalq gəzintilərinə və rəsmi şənliklərə hazırlıq işləri tamamlanmaq üzrədir.

    Qadağalardan rəsmi dövlət bayramına

    Keçmiş Bəəs rejimi dövründə onilliklər boyu Novruz bayramının rəsmi şəkildə qeyd olunması qadağan edilmişdi. Həmin dövrlərdə hər hansı milli kimliyi büruzə verən şənliklər "ictimai asayişə təhdid" kimi qiymətləndirilirdi. Lakin Əsəd rejiminin devrilməsindən sonra vəziyyət köklü şəkildə dəyişib.

    Prezident Əhməd əş-Şəranın 2026-cı il 16 yanvar tarixli 13 nömrəli fərmanı ilə Novruz bayramı rəsmi qeyri-iş günü statusu alıb və ölkədə müxtəlif mədəniyyətlərin birgəyaşayışını təşviq edən yeni qanunvericilik bazası yaradılıb. Eyni zamanda bayramın rəsmi dövlət himayəsində keçirilməsi təmin edilib.

    Milli birlik və təhlükəsizlik mesajı

    Xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, Novruzun rəsmi səviyyədə qeyd olunması Suriya xalqının bütün təbəqələrinə olan dərin hörmətin təzahürüdür. Nazir vurğulayıb ki, "Azad Suriya özünün zəngin irsi və fərqli mədəniyyətləri ilə bütün övladlarını qucaqlamağa qadirdir".

    Rəsmi qərara əsasən, martın 18-dən 23-dək olan günlər ölkədə "İnqilab, Ramazan bayramı, Analar günü və Novruz" münasibətilə tətil elan edilib. Bu qərar hökumətin toplumu birləşdirmək və yeni bir milli kimlik inşa etmək yolunda atdığı ən cəsarətli addımlardan biri kimi qiymətləndirilir.

    #Novruz bayramı #Novruz şənlikləri #Suriyada Novruz şənlikləri #Dəməşqdə Novruz şənlikləri #Suriya paytaxtı Dəməşq #Dəməşqdə tarixi Novruz coşğusu: Onillik qadağalara son qoyuldu #Prezident Şəradan bayram hədiyyəsi: Novruz Suriyada rəsmi istirahət günü oldu #Azad Suriyanın yeni siması: Paytaxt meydanlarında yaz festivalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır - Putin

    21 Mart 2026 12:23

    İran nüvə silahı əldə etməyə çalışmır - Pezeşkian

    21 Mart 2026 10:40

    Odlar Yurdunun əbədi baharı: NOVRUZ

    2 Mart 2026 12:24

    Martda 17 gün iş olmayacaq

    28 Fevral 2026 09:15

    Novruz türkün təbiətə bağlılığının ifadəsidir - Məhəmməd Məmmədov (ÖZƏL)

    23 Fevral 2026 21:00

    TDT ölkələri Novruzu ortaq mədəniyyət simvolu kimi qeyd edəcək

    21 May 2025 14:28

    Ərdoğan Novruzun rəsmi bayram elan olunması üçün göstəriş verib

    2 Aprel 2025 16:16

    İranda Novruz bayramı zamanı baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb

    2 Aprel 2025 12:45

    Özbəkistanın birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

    29 Mart 2025 18:30

    Ölkəmizdə xaos yaradan təxribatları dayandırın - Ərdoğan

    24 Mart 2025 20:52

    Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

    22 Mart 2025 11:27

    Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

    22 Mart 2025 10:09
    XƏBƏR LENTİ

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.