BAKI,VOA,Yusif Şərifzadə
İran rəsmiləri ABŞ ilə aparılan danışıqlarda müharibənin tam şəkildə başa çatmasına dair rəsmi təminatlar əldə etməyə çalışdıqlarını bildirirlər. Tehran eyni zamanda qarşıdurmanın yenidən başlamayacağı ilə bağlı zəmanət tələb edir.
VOA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin son günlər yerli mediaya ABŞ-la aparılan danışıqlarla bağlı ardıcıl açıqlamalar verdiyini bildirib.
Məlumata görə, İran tərəfi Hörmüz boğazı üzərində ölkənin suverenliyinin müzakirə mövzusu olmadığını vurğulayır. Bununla yanaşı, Tehran ABŞ tərəfindən tətbiq olunan blokadanın aradan qaldırılması halında boğazın yenidən açılmasının mümkün ola biləcəyini qeyd edir.
İran rəsmiləri nüvə proqramı ilə bağlı məsələdə də geri addım atmayacaqlarını bildiriblər. Tehran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi və ölkənin nüvə proqramının tam dayandırılması ilə bağlı ABŞ tələblərinə qarşı çıxdığını açıqlayıb.