Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada baş verənlər soyqırımdır - Qətər Əmiri

    21 Oktyabr 2025 12:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada baş verənlər soyqırımdır - Qətər Əmiri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani İsraili Qəzza zolağında soyqırım törətməkdə ittiham edib. O bildirib ki, bölgədə baş verənlər “bütün beynəlxalq qanun və normaların açıq şəkildə pozulmasıdır.”

    AzerVoice xəbər verir ki, Əmir bu fikirləri çərşənbə axşamı günü Qətər Şura Məclisinin yeni iclas ilinin açılışında səsləndirib. O vurğulayıb ki, “Qəzza sektoru vahid Fələstin dövlətinin ayrılmaz hissəsidir” və Qətər İsrailin davamlı hücumlarını, eləcə də atəşkəs razılaşmalarının təkrar pozulmasını qəti şəkildə pisləyir.

    Şeyx Təmim beynəlxalq ictimaiyyətə çağırış edib. “Biz beynəlxalq ictimaiyyəti fələstinli xalqın müdafiəsini təmin etməyə və soyqırımı törədənləri cəzasız buraxmamağa çağırırıq.”-deyə o bildirib.
    O, əlavə edib ki, beynəlxalq legitimlik fələstinlilərin faciəsi ilə bağlı məsələlərdə “öz təsir gücünü itirib və hörmətini qorumaqda aciz qalıb.”

    Əmir həmçinin İsrailin Qərb sahilində məskunlaşmanı genişləndirməsini, əl-Əqsa məbədinin yəhudiləşdirilməsi cəhdlərini və vasitəçi rolunu yerinə yetirən dövlətə qarşı hücumlarını sərt tənqid edib.

    “İsrail artıq beynəlxalq qaydaları aşaraq vasitəçilik rolu oynayan bir dövlətə – Qətərə – qarşı da hücuma keçib. Bu, dövlət terrorudur.”-deyə o vurğulayıb.

    Şeyx Təmim çıxışında qeyd edib ki, Qətər vasitəçilik və humanitar fəaliyyətlərdə mühüm rol oynayır və bu, ölkənin beynəlxalq nüfuzunu və dayanıqlığını daha da gücləndirib.

    Əmir bildirib ki, son illərdə Qətərin suverenliyinə iki dəfə müdaxilə edilib – biri İran, digəri isə İsrail tərəfindən – lakin ölkə “hər iki hücumdan daha güclü və daha müqavimətli şəkildə çıxıb.”

    #Qəzza #Qəzza zolağı #Qətər #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qətər Əmiri #HƏMAS və Qəzzanın gələcəyi #Şeyx Təmim bin Həməd Əl Tani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    2 Sentyabr 2026 10:36

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    1 Sentyabr 2026 18:14

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    1 Sentyabr 2026 11:50

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20
    XƏBƏR LENTİ

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.