Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzaya dönüş davam edir - Müharibə binaların 80 faizini dağıdıb

    11 Oktyabr 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzaya dönüş davam edir - Müharibə binaların 80 faizini dağıdıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin iki ilə yaxın davam edən hərbi əməliyyatlarından sonra minlərlə fələstinli öz evlərinə qayıtmağa başlayıb. Lakin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) bu gün açıqlayıb ki, Qəzza zolağında binaların 80 faizi ya tamamilə dağıdılıb, ya da ağır zərər görüb, əhalinin isə demək olar ki, hamısı məcburi köçkünə çevrilib.

    Agentliyin hesabatına görə, 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri səhiyyə müəssisələrinə və tibb işçilərinə qarşı 790-dan çox hücum qeydə alınıb.

    UNRWA bildirib ki, 370 əməkdaşı döyüşlər zamanı həlak olub, Qəzzədəki xəstəxanaların yalnız 40 faizi qismən fəaliyyət göstərir.

    Təhsil infrastrukturu da ağır zərbə alıb - Qəzzədəki məktəblərin 92 faizi yenidən qurulmağa ehtiyac duyur, UNRWA-nın məktəblərinin isə 90 faizi zədələnib, onların çoxunda müharibə zamanı minlərlə insan sığınacaq tapmışdı. Agentlik hesab edir ki, təxminən 1 milyon fələstinli döyüşlər zamanı UNRWA məktəblərində sığınmışdı.

    Fələstin mediası xəbər verir ki, yüz minlərlə insan ikinci gündür şimal bölgələrinə, xüsusilə Qəzza şəhərinə qayıdır. İnsanlar Salahəddin və ər-Rəşid yolları vasitəsilə keçərək evlərinə dönürlər. İsrail ordusu bu ərazilərdən atəşkəsin qüvvəyə minməsindən sonra geri çəkilib.

    Lakin Qəzzənin şimalında mənzərə dağıntı ilə doludur. Yerli mənbələr bildirir ki, infrastruktur və yaşayış binalarının böyük hissəsi tamamilə yerlə-yeksan olub.

    Xan Yunis bələdiyyəsinin rəhbəri Alaəddin əl-Batta bildirib ki, vilayətin 80 faizi məhv edilib, şəhərin küçələrində 400 min tondan çox dağıntı yığılıb. Onun sözlərinə görə, su, kanalizasiya və elektrik şəbəkələrinin 80 faizdən çoxu sıradan çıxıb, 36 su quyusu və üç əsas su anbarı tamamilə dağıdılıb.

    Əl-Batta qeyd edib ki, 1900-dən çox yağış suyu toplayıcı sistem, iki mərkəzi kanalizasiya stansiyası və 66 bələdiyyə binası məhv edilib. Şəhərdə hazırda 350 min ton tullantı toplanıb, mərkəzi zibilliklər isə fəaliyyətdən çıxıb.

    Rəsmilər beynəlxalq təşkilatlara müraciət edərək ağır texnika, yanacaq və humanitar dəstəyin təcili şəkildə Qəzzəyə daxil edilməsini tələb ediblər.

    Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 29-da 20 maddədən ibarət “Sülh Planı” təklif etmişdi. ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə “HƏMAS” və İsrail nümayəndə heyətləri arasında Şarm əl-Şeyxdə aparılan danışıqlardan sonra oktyabrın 10-da planın birinci mərhələsi üzrə razılıq əldə olunub.

    Atəşkəs oktyabrın 11-də Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib. Tramp bəyan edib ki, “hamı döyüşlərdən yorulub” və bu razılaşmanın qalıcı olacağına inandığını bildirib.
    ABŞ prezidenti yaxın günlərdə İsrail və Misiri ziyarət edərək Qəzzənin gələcəyi barədə müzakirələr aparacaq.

    Qəzzə mülki müdafiə idarəsinin məlumatına görə, atəşkəsin qüvvəyə minməsindən sonra xilasedicilər dağıntılar altından yüzlərlə cəsəd çıxarıblar.

    Təkcə Qəzza şəhərində 63 nəfərin meyiti tapılıb, son 24 saat ərzində isə 850-dən çox axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.

    #Qəzza #Qəzza zolağı #BMT #UNRWA #humanitar yardım #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza və Livanda AI texnologiyaları #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Fələstin humanitar yardımı #Qəzzanın yenidənqurma xərcləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.