Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    ABŞ Qəzzada sülhün qorunması prosesinin bir hissəsi olacaq - Tramp

    9 Oktyabr 2025 07:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Qəzzada sülhün qorunması prosesinin bir hissəsi olacaq - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasına münasibət bildirərək, Amerika Birləşmiş Ştatlarının Qəzzada sülhün qorunması prosesinə fəal şəkildə qatılacağını bəyan edib.AzerVoice xəbər verir ki, bu haqda Tramp “Fox News” telekanalına verdiyi açıqlamada deyib.

    “İki illik müharibədən dağılan Qəzza zolağı “daha təhlükəsiz və sabit yerə çevriləcək. Biz inanırıq ki, Qəzza zolağı daha təhlükəsiz olacaq, yenidən qurulacaq. Bölgədəki ölkələr, böyük sərvətlərə sahib dövlətlər, bu prosesə dəstək verəcəklər. ABŞ da onların uğur qazanmasına və sülhün qorunmasına kömək etmək üçün bu prosesin bir hissəsi olacağıq.”-deyə Tramp bildirib.

    Prezident həmçinin bildirib ki, Qəzzada saxlanılan girovların azad edilməsi çox güman ki, gələn həftənin bazar ertəsi həyata keçiriləcək.

    “Düşünürəm ki, girovlar bazar ertəsi geri qaytarılacaq və bu, həlak olanların cəsədlərini də əhatə edəcək.”-deyə o qeyd edib.

    Xatırladaq ki, 2023-cü il 7 oktyabrda Həmasın İsrailə hücumu zamanı 251 nəfər girov götürülmüşdü. Onlardan 47-si hələ də Qəzzada saxlanılır, İsrail ordusunun məlumatına görə, 25 nəfər artıq həyatını itirib.

    Qedy edək ki, bu gün HƏMAS Qəzzada atəşkəs razılaşmasına nail olunduğunu elan etdi.AzerVoice xəbər verir ki,razılaşma işğal qüvvələrinin çıxarılması, humanitar yardımların daxil olması və əsirlərin mübadiləsini əhatə edir.

    Fələstin İslam Müqavimət Hərəkatı - HƏMAS, Qəzzada davam edən müharibənin başa çatdırılmasını nəzərdə tutan razılaşmanın əldə edildiyini bəyan edib.

    Hərəkatın açıqlamasında bildirilir ki, əldə olunmuş razılaşma müharibənin dayandırılması, İsrail işğal qüvvələrinin Qəzzadan çıxarılması, humanitar yardımların bölgəyə daxil olması və əsirlərin qarşılıqlı mübadiləsi kimi əsas maddələri əhatə edir.

    HƏMAS rəhbərliyi razılaşmanın Qəzzada uzunmüddətli sülh və sabitliyin bərpasına, eyni zamanda humanitar böhranın yüngülləşdirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildirib.

    #Donald Tramp #HƏMAS #atəşkəs razılaşması #atəşkəs danışıqları #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #Donald Tramp və Qəzza planı #İran və HƏMAS əlaqələri #HƏMAS-ın mövqeyi #Qəzzada müharibədən sonrakı vəziyyət #Donald Tramp 2025 siyasəti #Donald Tramp Qəzzə planı #Qətər Qəzza atəşkəs vasitəçiliyi #Atəşkəs və sülh müqaviləsi #Qəzzada ərzaq çatışmazlığı #Atəşkəs təklifi #Qəzzada atəşkəs
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

    29 Avqust 2026 12:09

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    29 Avqust 2026 10:19

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.