Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Təzyiq altında deyilik, Trampın planına tezliklə cavab verəcəyik - HƏMAS

    3 Oktyabr 2025 09:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Təzyiq altında deyilik, Trampın planına tezliklə cavab verəcəyik - HƏMAS
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    HƏMAS planın açıqlanması olan 30 sentyabrdan sonrakı gündən etibarən fələstinli qruplarla, müstəqil şəxslərlə və vasitəçilərlə həm daxildə, həm də xaricdə məsləhətləşmələrə başladı. Əlimizdə çox sayda tənqid olsa da, hərəkat mövzuya bütün ciddiyyəti ilə yanaşır

    AzerVoice xəbər verir ki, bu sözləri HƏMAS Siyasi Büro üzvü Məhəmməd Nezzal mətbuata açıqlamasında bildirib.

    HƏMAS bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı təklif etdiyi plana tezliklə cavab verəcək.

    Nezzal HƏMAS-ın planı ciddi şəkildə qiymətləndirdiyini və tezliklə cavab verəcəyini bildirərək, son mövqe olaraq Fələstin xalqının ən yüksək maraqlarını və Fələstin məsələsinin strateji sabitlərini nəzərə alacaqlarını vurğulayıb.

    “Bizdən ya tamamilə qəbul, ya da tamamilə rədd kimi bir yanaşmanı qəbul etmirik. Vaxt təzyiqi və təhdidlərlə hərəkət etmirik,” — deyən Nezzal HƏMAS-ın Fələstin xalqının maraqlarını nəzərə alan və bütün siyasi tarazlıqları hesaba alan bir yanaşma nümayiş etdirdiyini vurğulayıb.

    Nezzal hərəkatın dost ərəb və İslam ölkələri ilə davamlı və həssas təmasda olduğunu bildirərək “Son 28 saat ərzində ekspertlərimiz gecə-gündüz çalışaraq vasitəçilər və dost ölkələrlə əlaqələrini davam etdirdi. Biz həqiqətən razılaşmalara gəlmək mövzusunda ciddiyik.”- deyə qeyd edib.

    Planla bağlı ciddiyyətlərinin vaxt təzyiqindən yox, Qəzzada iki ildir davam edən kütləvi qırğını dayandırmaq istəyi ilə bağlı olduğunu bildirib.

    “Bu qırğının üçüncü ilinə daxil olmasını istəmirik. Bizim üçün vaxt aldadıcıdır. Bu səbəbdən xalqımızın üzləşdiyi kütləvi qırğını dayandırmaq üçün çalışırıq.” - deyə Nezzal qeyd edib.

    Qeyd edək ki, Ağ Ev 29 sentyabrda ABŞ Prezidenti Trampın 20 maddədən ibarət olan “Qəzza Münaqişəsini Bitirəcək Əhatəli Plan” adlı təklifini açıqlamışdı.

    Tramp Ağ Evdə qəbul etdiyi İsrail Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında demişdi ki, plan tərəflər tərəfindən qəbul edildiyi halda “müharibə” dərhal bitəcək, İsrail Qəzzadan mərhələli şəkildə geri çəkiləcək, Qəzzada HƏMAS-ın rolunun olmadığı yeni proses başlayacaq və bütün əsirlər azad ediləcək.

    Netanyahu da planın “müharibə hədəflərini həyata keçirdiyini” bildirərək dəstək açıqlaması vermişdi.

    Qətər və Misir Trampın Qəzza planını HƏMAS-a çatdırmışdı.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza və Livanda AI texnologiyaları #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00
    XƏBƏR LENTİ

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.