Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada səhiyyə sistemi çökmək təhlükəsi ilə üz-üzədir

    23 Sentyabr 2025 11:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada səhiyyə sistemi çökmək təhlükəsi ilə üz-üzədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və ciddi blokadası altındakı Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranının son dərəcə təhlükəli bir mərhələyə daxil olduğu və xəstəxanaların fəaliyyətinin dayanmasına cəmi bir neçə gün qaldığı barədə xəbərdarlıq edilib.

    AzerVoice xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları ilə yanaşı, humanitar yardım və yanacaq girişinə qoyduğu məhdudiyyətlər nəticəsində Qəzzadaki xəstəxanalarla bağlı açıqlama yayıb.

    "Yanacağın tükənməsi səbəbindən xəstəxanaların xidmətlərinin dayanmasına bir neçə gün qalıb. Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranı son dərəcə təhlükəli mərhələyə çatır." - deyə açıqlamada qeyd edilib.

    Həyati əhəmiyyət daşıyan bölmələrin fəaliyyətinin dayanmasının, İsrail blokadası altındakı Qəzzada səhiyyə böhranının daha da dərinləşməsi, xəstə və yaralıların qaçınılmaz ölüm təhlükəsi ilə üzləşməsi demək olduğu vurğulanıb.

    Açıqlamada, Qəzzadaki xəstəxanalara yanacaq yardımlarının qarşısının alınması səbəbilə səhiyyə xidmətlərinin ciddi şəkildə pozulduğu bildirilib və bir fəlakətin qarşısını almaq üçün xəstəxanalara yanacaq çatdırılması məqsədilə "təcili müdaxilə" çağırışı edilib.

    Qəzza zolağında az sayda qalan xəstəxanalarda xəstə və yaralıların müalicə olunduğu bölmələrdəki tibbi avadanlıqlar, yanacaqla işləyən generatorların təmin etdiyi elektrik enerjisi ilə fəaliyyət göstərir.

    İsrailin humanitar yardım, dərman və yanacaq girişini məhdudlaşdırdığı Qəzzada, xəstəxanalara yanacağın çatdırıla bilməməsi, tibbi avadanlıqlarla müalicə olunan xəstə və yaralıların həyatını birbaşa təhlükə altına alır.

    Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 65 min 344 fələstinli həyatını itirib, 166 min 795 nəfər isə yaralanıb.

    #Qəzza #Qəzza zolağı #Fələstin Səhiyyə Nazirliyi #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Fələstin-İsrail iki dövlətli həll
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

    29 Avqust 2026 12:09

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15
    XƏBƏR LENTİ

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.