Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Qlobal qəzəb İsrailin mövcudluğunu belə hədəfə alır - İsrailli yazıçı

    10 Sentyabr 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qlobal qəzəb İsrailin mövcudluğunu belə hədəfə alır - İsrailli yazıçı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    “Yedioth Ahronoth” qəzeti İsrailin Qəzzaya qarşı apardığı müharibəyə dair beynəlxalq miqyasda aparılan kampaniyanı təhlil edərək yazıb ki, bu kampaniya artıq yalnız İsrailin Qəzzadakı fəaliyyətlərinə deyil, ümumilikdə onun mövcudluğuna qarşı yönəlib.

    AzerVoice-un məlumatına görə, qəzetin yazarı Ben-Dror Yemini məqaləsində HƏMAS-ın “çox uğurla həyata keçirdiyi” və İsraili diplomatik təcridə, həmçinin sürətlə genişlənən boykotlara sürükləyən “mənfi təbliğat”ından xəbərdarlıq edib.

    Onun fikrincə, baş nazir Benyamin Netanyahunun hökuməti beynəlxalq aləmdə yaranmış ciddi siyasi zərəri görməməzlikdən gələrək İsraili təhlükəli iflas həddinə aparır.

    Yemini məqaləsinə ABŞ-dakı sorğularla başlayıb. Nəticələrə görə, fələstinlilərə dəstək 37 faizə yüksəlib, İsrailə dəstək isə 36 faizdə qalıb. O, bunu “ilk dəfə müşahidə olunan tarixi dönüş” adlandırıb.

    Məqalədə vurğulanır ki, İsrail artıq ABŞ Demokrat Partiyası seçicilərinin böyük əksəriyyətinin dəstəyini itirib, Respublikaçılar Partiyasının gəncləri arasında da nüfuzunu xeyli zəiflədib. Bu meyl ABŞ-ın İsrailə hərbi yardımlarını birbaşa sual altına qoya bilər.

    Yemini, Netanyahunun son açıqlamalarını xatırladaraq yazıb: “Netanyahu demişdi ki, düşmənlərimiz üzərində qələbə ilə bizə qarşı aparılan mənfi təbliğat arasında seçim etmək lazım gəlsə, mən qələbəni seçərəm.” Lakin müəllifin sözlərinə görə, Netanyahu bununla “qələbənin sadəcə illüziya olduğunu” görməzdən gəlir. Halbuki 7 oktyabr hücumlarından sonra HƏMAS-ın qurduğu təbliğat İsrailə ən böyük diplomatik zərbəni vurub. Dünyada yaranan sərt reaksiyaların başlıca səbəbi isə İsrailin Qəzzadakı mülki əhaliyə qarşı həyata keçirdiyi soyqırım və aclıq siyasəti olub.

    Yemini iddia edir ki, “HƏMAS hücuma başlayarkən İsrailin sərt cavab verəcəyini bilirdi və dağıntılar, aclıq və soyqırımla bağlı ittihamların İsraili beynəlxalq müstəvidə zəiflədəcəyinə ümid edirdi. Bu məqsədinə də nail oldu.”

    Məqalədə dönüş nöqtəsi kimi İsrail ordusunun Rəfah şəhərinə daxil olması göstərilir. Müəllifə görə, bu addım “siyasi çöküşün başlanğıcı” olub. Çünki bundan sonra ABŞ İsrailə silah göndərişlərini ləngitdi, diplomatik zərər isə görünməmiş dərəcədə dərinləşdi.

    Yemini sonda vurğulayıb ki, “İsrailin ən yaxın dostları artıq onu müdafiə edə bilmir, dünya isə baş verənləri müharibə cinayətləri kimi qəbul edir”.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Ben-Dror Yemini
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    23 İyul 2026 18:28

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    23 İyul 2026 18:15

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    Mamdani Nyu-Yorkda Netanyahunu nə üçün həbs edə bilmir?

    23 İyul 2026 14:42

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10
    XƏBƏR LENTİ

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    ABŞ–Səudiyyə nüvə sazişi İbrahim Sazişlərinə qoşulmaq şərti ilə mümkün olacaq - Tramp

    Küveytin Əl-Əbdəli sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

    Avropa İttifaqı husiləri Qırmızı dənizdə hücumları dayandırmağa çağırıb

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.