Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada məktəblər üçüncü ildir açılmır: 785 min şagird təhsildən məhrumdur

    4 Sentyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada məktəblər üçüncü ildir açılmır: 785 min şagird təhsildən məhrumdur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Dünyanın bir çox ölkəsində yeni tədris ili başlayarkən, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlar səbəbindən bölgədə təhsil sistemi demək olar ki, tamamilə iflic olub. Qəzzada məktəblər və sinif otaqları ya sığınacaq mərkəzlərinə çevrilib, ya da dağıdılıb.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Hökumət Mediya Ofisinin rəhbəri İsmayıl Sevabitenin sözlərinə görə, İsrailin ardıcıl hücumları nəticəsində artıq üçüncü ildir ki, təxminən 785 min şagird təhsildən məhrum qalıb. O bildirib ki, təxminən 25 min müəllim də işləyə bilmir, çünki İsrailin hücumları nəticəsində təhsil infrastrukturu tamamilə dağıdılıb.

    "Qəzza zolağındakı məktəblərin 95 faizindən çoxu zədələnib, 90 faizindən çoxu isə tamamilə dağılıb və yenidən qurulmağa ehtiyac var," – deyə Sevabite qeyd edib.

    İsrailin 622 məktəb binasını birbaşa hədəf aldığını bildirən Sevabite, bu sayın bölgədəki məktəblərin təxminən 80 faizini təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, hücumlar nəticəsində 163 təhsil müəssisəsi tamamilə, 388-i isə qismən dağıdılıb.

    Zorla yerindən edilmiş insanların sığınacaq üçün istifadə etdiyi məktəblərin 70 faizi də hücumlarda zərər görüb. Ən çox ziyan görən təhsil müəssisələrinin isə Qəzzanın şimalı və Rəfah bölgəsində yerləşdiyi bildirilir.

    Sevabite bildirib ki, İsrailin hücumları nəticəsində 13 min 500 şagird, 830 müəllim və 193 alim, akademik və tədqiqatçı həyatını itirib. Bu vəziyyəti o, “təhsil hüququnun sistematik şəkildə hədəfə alınması və bir nəsil gəncin gələcəyindən məhrum edilməsi” kimi qiymətləndirib.

    O, bu hadisələrin yalnız münaqişənin yan təsiri deyil, bilavasitə mülki həyatın əsas strukturlarının məqsədli şəkildə məhv edilməsi olduğunu qeyd edib.

    Sevabite beynəlxalq ictimaiyyəti bu “cinayətləri” dayandırmağa və İsrailin şagirdlər, müəllimlər və təhsil infrastrukturu əleyhinə törətdiyi hərəkətlərə görə məsuliyyət daşımasını təmin etməyə çağırıb.

    BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini, 13 avqustda verdiyi açıqlamada, Qəzzada təxminən 1 milyon uşağın dərin psixoloji travma yaşadığını və təhsildən məhrum qaldığını bildirmişdi.

    İnsan Haqları İzləmə Təşkilatı (HRW) da avqust ayında yayımladığı hesabatda, İsrailin məktəblərə hücumlarının bölgədə təhsili illərlə dayandıracağını qeyd etmişdi.

    Qeyd edək ki, İsrail ordusu, Qəzza Zolağında 19 yanvarda qüvvəyə minmiş atəşkəsdən sonra, 18 mart səhəri yenidən şiddətli hücumlara başladı.

    İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına həyata keçirdiyi hücumlarda azı 63 min 746 fələstinli həlak olub, 161 min 245 nəfər yaralanıb.

    İsrailin atəşkəsi pozduğu 18 mart tarixindən etibarən Qəzzaya təşkil etdiyi hücumlarda isə 11 min 615 nəfər həyatını itirib, 49 min 204 nəfər yaralanıb.

    Qəzzada 27 may tarixindən bəri İsrail-ABŞ yönümlü “Qəzza Humanitar Yardım Fondu” tərəfindən humanitar yardım adı altında qurulan paylama bölgələrində fələstinlilərin hədəfə alındığı sistematik hücumlar nəticəsində həlak olanların sayı 2 min 339-a, yaralananların sayı isə 17 min 70-ə çatıb.

    İsrail ordusu, Qəzza Zolağında işğalı genişləndirəcək və qalıcı edəcək hücum planını tətbiq etməyə başlayıb. Baş nazir Benyamin Netanyahunun açıqlamasına görə, Qəzza Zolağının tamamı işğal ediləcək.

    #Qəzza #Qəzza zolağı #UNRWA #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #ABŞ-İsrail ortaq strategiyası #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #İsrail və UNRWA gərginliyi #UNRWA fəaliyyət qadağası #ABŞ-İsrail texnoloji əməkdaşlığı #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Misir və Səudiyyə Qəzza planı #Hizbullah və Qəzza həmrəyliyi #UNRWA rəhbəri Filip Lazzarini #UNRWA BMT Qəzza mövqeyi #HRW hesabatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39
    XƏBƏR LENTİ

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.