Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb

    3 Sentyabr 2025 11:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 6 nəfər artaraq 131-i uşaq olmaqla 367-yə çatıb.

    AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb.

    Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 367 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır.

    Beynəlxalq ictimaiyyətin diqqətini çəkən bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) tərəfindən yayımlanan son hesabatda, 15 avqust 2025 tarixindən etibarən Qəzzada aclığın ən yüksək – fəlakət səviyyəsi olan 5-ci mərhələyə çatdığı sübutlarla təsdiqlənib.

    İsrailin hücumları və humanitar yardımın qarşısını alan sərt blokadası altında olan Qəzza zolağı, aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyenik məhsulların tapılmadığı insani fəlakət yaşamaqdadır.

    Əsasən uşaqlar olmaqla, Qəzzədə aclıq səbəbilə ölüm halları artır. Yerli və beynəlxalq qurumlar İsrailin aclığı və susuzluğu “silah” kimi istifadə etdiyini bildirirlər.

    Mülki infrastrukturun 88 faizini dağıdan İsrail ordusu, sürgün əmrləri ilə yerindən etdiyi fələstinliləri tez-tez sığındıqları bölgələrdə hədəfə alır.

    Təxminən 2,3 milyon əhalisi olan Qəzzədə, İsrailin hücumları və məcburi köçürmələri nəticəsində 2 milyon insan yerindən edilib, bir çoxu dəfələrlə məcburi köçürülüb.

    Ən əsas ehtiyaclardan məhrum şəkildə yerindən edilən fələstinlilər, çürük çadır düşərgələrində, həddindən artıq sıxlıq olan, gigiyena vasitələrinin çatışmadığı, tualetlərin belə yetərsiz olduğu, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

    İsrail ordusu isə gündəlik həyata keçirdiyi hücumlarla bu çadırları və mülki yaşayış məntəqələrini bombalayır.

    #Qəzza #Qəzza zolağı #aclıq #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Humanitar yardım təşəbbüsləri #BMT-nin Qəzza hesabatı #Fələstin humanitar yardımı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Qəzzada aclıq və resurs çatışmazlığı #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.