Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzanın işğalına dair plan üçün 200 min ehtiyat əsgərə ehtiyac var – Eyal Zamir

    8 Avqust 2025 18:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzanın işğalına dair plan üçün 200 min ehtiyat əsgərə ehtiyac var – Eyal Zamir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir, Təhlükəsizlik Kabinetinin təsdiqlədiyi Qəzza işğalı planının həyata keçirilə bilməsi üçün təxminən 200 min ehtiyat əsgərə ehtiyac olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

    Məlumata əsasən, Zamir bu sayın böyük hissəsinin əvvəllər uzun müddət ehtiyat xidmətində olmuş şəxslərdən ibarət olacağını qeyd edib.

    Onun sözlərinə görə, planın icrası çərçivəsində mülki əhali üçün xəstəxanalar yaradılmalı, eyni zamanda, ordunun hazırda təmin edə bilmədiyi miqdarda humanitar yardım bölgəyə çatdırılmalıdır.

    Qeyd edək ki, İsrailin Təhlükəsizlik Kabineti Qəzza şəhərinin işğalını nəzərdə tutan yeni hərbi planı təsdiqləyib. İsrail Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına verdiyi müsahibədə Qəzzaya tam nəzarəti ələ keçirməyi hədəflədiklərini açıqlayıb.

    Məlumata görə, iclas zamanı daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya humanitar yardımın buraxılmasına və sahə xəstəxanalarının qurulmasına qarşı çıxıb.

    Ben-Qvirin bu mövqeyinə cavab olaraq, Zamir bildirib ki, belə olan halda Qəzzada saxlanılan israilli girovların azad olunması artıq müharibənin prioritet hədəflərindən çıxarılmalıdır.

    Netanyahunun təqdim etdiyi plana əsasən, Qəzza şəhərinin əhalisi cənub bölgələrinə köçürüləcək, şəhər tam mühasirəyə alınacaq və sıx yaşayış məntəqələrinə əlavə hücumlar təşkil olunacaq.

    Qeyd edək ki, İsrail ordusunda hazırda 170 min aktiv hərbi qulluqçu xidmət edir. Bunlardan 126 mini quru qoşunlarında, 9 min 500-ü dəniz qüvvələrində, 34 mini isə hava qüvvələrindədir. Bundan əlavə, İsrailin 465 min nəfərlik ehtiyat hərbi kontingenti mövcuddur.

    #Qəzza #İsrail #Qəzza zolağı #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzzada müharibədən sonrakı vəziyyət #Eyal Zamir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kürdüstan bölgəsi heç bir münaqişənin tərəfi olmaq istəmir - İraq

    8 Avqust 2026 18:34

    İraqın neft ixracı Hörmüz boğazındakı məhdudiyyətlər fonunda 75 faiz azalıb

    8 Avqust 2026 18:12

    İsrail qüvvələri Livanın cənubunda irəliləyib

    8 Avqust 2026 18:05

    İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yeni basqınlar həyata keçirib

    8 Avqust 2026 18:02

    Livanın cənubunda məscid yaxınlığında partlayış baş verib

    7 Avqust 2026 19:21

    İsrailli məskunlaşmaçılar Cenin vilayətində yaşayış məntəqələrinə basqın ediblər

    7 Avqust 2026 18:25

    İsrail Hərbi Dəniz Qüvvələri Aralıq və Qırmızı dənizdə genişmiqyaslı təlim keçirib

    6 Avqust 2026 20:29

    İsrail Livanın cənubundakı Meyfadun qəsəbəsinə PUA zərbəsi endirib

    6 Avqust 2026 20:01

    Roma danışıqlarının yeddinci raundu başa çatıb

    6 Avqust 2026 18:18

    İsrail bir gündə Cənubi Livana 113 mərmi atıb - UNIFIL

    6 Avqust 2026 18:15

    Atəşkəsdən bəri Qəzzada hər gün orta hesabla bir uşaq həlak olub - BMT

    6 Avqust 2026 18:04

    İsrail Fələstində sülh istəmir - Hakan Fidan

    6 Avqust 2026 17:40
    XƏBƏR LENTİ

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

    2026-cı il Toyota Corolla Cross Hybrid sınaqdan keçdi

    Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    Naqasakiyə atom bombası atılmasından 81 il ötür

    Tarixdə bu gün – 9 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.