Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Qəzzaya hücumlarında 19 minə yaxın təhsil işçisi və tələbə həlak olub

    6 Avqust 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzzaya hücumlarında 19 minə yaxın təhsil işçisi və tələbə həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına təşkil etdiyi hücumlarda 19 minə yaxın müəllim və tələbənin həyatını itirdiyi bildirilib.

    AzerVoice xəbər verir ki, Fələstin Təhsil və Ali Təhsil Nazirliyi 7 oktyabr 2023-dən 5 avqust 2025-ə qədərki dövrdə baş vermiş İsrail hücumlarının təhsil sektorunda yaratdığı dağıntılar, ölüm və yaralanmalarla bağlı hesabat yayıb.

    Hesabata görə, İsrailin işğal altında olan Fələstin torpaqları və Qətliamın baş verdiyi Qəzza Zolağındakı hücumlarda 18 min 685 müəllim və tələbə həyatını itirib, 32 min 399 nəfər isə yaralanıb.

    Bu tələbələrin 16 min 385-i Qəzzada, 108-i isə Qərb Sahilində həyatını itirib.

    Yaralanan tələbələrin sayı 25 min 132 olaraq qeydə alınıb. Yaralı tələbələrin 2 min 440-ı Qəzzada, qalanı isə Qərb Sahilindədir. Bundan başqa, Qərb Sahilində 370 tələbə həbs olunub.

    Universitetlərdə də oxşar ağır itkilər yaşanıb. Həyatını itirən universitet tələbələrinin sayı min 240-dır ki, onların min 205-i Qəzza Zolağındandır.

    Yaralanan universitet tələbələrinin sayı isə 2 min 732 nəfərdir. Bunların 2 min 51-i Qəzzada, qalan hissəsi isə Qərb Sahilində yaralanıb.

    Müvafiq dövrdə Qəzzada 725, ümumilikdə isə 730 müəllim həlak olub; 3 min 80 müəllim Qəzzada, 3 min 101 müəllim isə yaralanıb.

    Universitetlərdə isə tamamilə Qəzzadan olan 222 akademik və işçi heyəti həlak olub, min 417-si Qəzzadan olmaqla min 434 akademik yaralanıb.

    İsrail 150-dən çox dövlət məktəbini tamamilə dağıdıb, 118 məktəb isə zərər görüb.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdə Fələstin Qaçqınlarına Yardım və İnkişaf Agentliyinə (UNRWA) bağlı 93 məktəb də hücuma məruz qalıb.

    Qəzzada 60-dan çox universitet binası tamamilə dağıdılıb, Qərb Sahilində isə 8 universitet zərər görüb.

    İşğal altındakı Qərb Sahilində 152 məktəb dağıdılıb, 25 məktəbin isə təhsil fəaliyyəti dayandırılıb.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Fələstin insan haqları #Uşaq ölümü Qəzza #Fələstin və beynəlxalq yardım #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzza böhranı və Qərbin mövqeyi #ABŞ-İsrail-Fələstin siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00
    XƏBƏR LENTİ

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.