Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Misirin iki yanacaq tankeri Qəzzaya daxil olmağa hazırdır

    3 Avqust 2025 10:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Misirin iki yanacaq tankeri Qəzzaya daxil olmağa hazırdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – Misirin 107 ton dizel yanacağı daşıyan iki yanacaq tankeri Qəzza zolağına daxil olmaq üçün hazır vəziyyətdədir.

    AzerVoice xəbər verir ki, bu barədə Misirin dövlətə bağlı "Al Qahera News" televiziya kanalı məlumat verib.

    Bu addım İsrailin aylarla bölgəyə humanitar yardımın girişini məhdudlaşdırmasından sonra atılıb.

    Qəzza zolağının Səhiyyə Nazirliyi isə bildirib ki, yanacaq çatışmazlığı xəstəxanaların fəaliyyətini ciddi şəkildə çətinləşdirir və tibbi xidmətlərin göstərilməsinə mane olur.

    Hazırda yanacaq tankerlərinin Qəzzaya daxil olub-olmadığına dair rəsmi məlumat verilməyib.

    Həmçinin qeyd edək ki, bu il martın 2-dən etibarən Qəzza zolağına beynəlxalq humanitar yardım çatdırılmır. İsrail hakimiyyətinin qərarına əsasən, bütün nəzarət-buraxılış məntəqələri bağlanıb. Ərzaq paylanması isə İsrail və ABŞ-ın nəzarətində olan “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə həyata keçirilir.

    Yanvar ayında əldə edilmiş atəşkəsə baxmayaraq, mart ayında İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən bir neçə danışıqlar raundunda tərəflər yeni razılaşma şərtləri üzərində razılaşa bilməyiblər.

    #Qəzza #Qəzza zolağı #Misir #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    22 İyul 2026 22:26

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?

    21 İyul 2026 14:58

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25
    XƏBƏR LENTİ

    Türkiyədə mənzil satışları iyunda 130 minə yaxınlaşdı – ipoteka satışlarında kəskin artım (ÖZƏL)

    Türklərin İslamı qəbul etmə tarixi: Talas döyüşü və "qılınc müsəlmanı" mifinin cəfəngiyyatı

    Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

    Mamdani Nyu-Yorkda Netanyahunu nə üçün həbs edə bilmir?

    Ekoloji dönüş – Səudiyyə 99,4 milyon hektar torpağı bərpa edir

    Visit Qatar “Qatar Goodwood Festival 2026″nın rəsmi tərəfdaşı oldu

    Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

    İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır

    Sinqapur investorları Türkiyə bazarında fəaliyyətini genişləndirir – ÖZƏL

    Lavrovla səmimi və konstruktiv görüş keçirdik - Rubio

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.