Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Girovların azad edilməsi müqabilində Qəzzada atəşkəsə hazırıq - Netanyahu

    21 May 2025 22:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Girovların azad edilməsi müqabilində Qəzzada atəşkəsə hazırıq - Netanyahu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail girovların azad edilməsi müqabilində Qəzza zolağında müvəqqəti atəşkəsə getməyə hazırdır.

    AzerVoice xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat konfransında bildirib.

    “Əgər belə bir imkan yaranarsa, biz (İsrail - red.) müvəqqəti atəşkəsə hazırıq” – deyə, Netanyahu bildirib.

    O həmçinin qeyd edib ki, əgər HƏMAS bütün girovları azad etsə, Qəzza tamamilə demilitarizasiya olunsa və HƏMAS Qəzza zolağını tərk etsə, İsrail müharibəni dayandırmağa hazır olacaq.

    “Müharibəyə yalnız konkret şərtlər daxilində son qoymağa hazıram. Bu şərtlər İsrailin təhlükəsizliyini təmin etməlidir: bütün girovlar evlərinə qayıdır, HƏMAS silahlarını yerə qoyur, HƏMAS rəhbərliyi Qəzzadan qovulur, Qəzza tam şəkildə silahsızlaşdırılır və biz ABŞ Prezidenti Donald Trampın planını həyata keçiririk” – deyə, Netanyahu vurğulayıb.

    Baş nazir onu da qeyd edib ki, “Gideonun Əjdahaları” adlı hərbi əməliyyat başa çatdıqdan sonra Qəzza zolağının bütün bölgələri İsrail təhlükəsizlik qüvvələrinin nəzarətində olacaq.

    “Əməliyyat bitdikdən sonra Qəzza zolağının bütün hissələri İsrail qüvvələrinin nəzarətində olacaq və HƏMAS tamamilə darmadağın ediləcək” – deyə, o bildirib.

    Netanyahu bu məqsədlə Qəzzada humanitar böhranın qarşısını almağın zəruri olduğunu bildirib.

    “Əməliyyat azadlığımızı təmin etmək və dostlarımızın bizə dəstəyi davam etdirməsinə şərait yaratmaq üçün humanitar yardım göstərilməlidir”, - Netanyahu qeyd edib.

    Netanyahu həmçinin bildirib ki, İsrail ordusu ehtimala görə, Qəzza zolağında HƏMAS-ın liderlərindən biri – Məhəmməd Sinvarı zərərsizləşdirib. Mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan Yunis şəhərində Avropa Xəstəxanasının altındakı yeraltı qərargaha zərbə endirdiyini açıqlayıb. Zərbənin hədəfi HƏMAS-ın Qəzzadakı rəhbəri və təşkilatın hərbi qanadı – “İzzəddin əl-Qəssam Briqadaları”nın başçısı olan Məhəmməd Sinvar olub. Bu barədə həmin gün İsrailin dövlət yayım şirkəti “Kan” məlumat yayıb.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #atəşkəs #atəşkəs razılaşması #Qəzza münaqişəsi #HƏMAS-ın girovlarla bağlı siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.