Baş xəbər

"Hizbullah"ın Baş katibi Naim Qasım 30 iyul 2025-ci ildə, qrup liderlərindən Fuad Şükürün sui-qəsdinin ildönümündə bu ifadəni yüksək tonla işlədərək, təşkilatın İsrailə qarşı mövqeyinin sarsılmazlığını və müqavimət seçimini vurğulamışdı. ABŞ-ın bölgədəki hərbi yığınağının artması və Prezident Trampın İranın Ali Rəhbəri Əli Xameneyini hədəf alan sui-qəsd təhdidləri fonunda Naim Qasımın 26 yanvar 2026-cı il tarixindəki mövqeyi aydın idi: "Hizbullah Trampın təhdidlərinə qarşı bütün tədbirlər və hazırlıqlarla müqavimət göstərəcək, çünki İmam Xameneyiyə toxunmaq bölgədə və dünyada sabitliyin sui-qəsdi deməkdir".

ABŞ Prezidenti Donald Tramp İran ətrafında cərəyan edən hərbi əməliyyatlarda "böyük uğur" əldə edildiyini və Tehranın rəsmi Vaşinqtonla anlaşma imzalamaq üçün ciddi cəhdlər göstərdiyini bəyan edib. Ağ Ev rəhbəri İran tərəfinin nüvə silahına heç vaxt sahib olmayacaqlarını qəbul etdiyini və hazırda "doğru şəxslərlə" danışıqların aparıldığını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində regional gərginliklər, xüsusilə ABŞ-İsrail və İran arasındakı müharibə fonunda ölkəsinin strateji mövqeyini və daxili təhlükəsizlik məsələlərini şərh edib. Dövlət başçısı Türkiyənin heç bir provokasiyaya yol verməyəcəyini və "Terrorçusuz Türkiyə" hədəfinə doğru qətiyyətlə irəlilədiyini vurğulayıb.

Livan hökumətinin İranın yeni təyin olunmuş səfiri Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv etməsi və onu "persona non grata" elan etməsi iki ölkə arasındakı münasibətlərdə son illərin ən dərin böhranı kimi qiymətləndirilir. Beyrutun bu qərarı sadəcə diplomatik etiraz deyil, ölkənin suverenliyini qorumaq üçün atılmış strateji addım kimi xarakterizə olunur.

İsrailin İranın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində "Cənub Pars" yatağındakı hasilat və nəql sistemlərinə ciddi ziyan dəydiyi bildirilir. İran rəsmiləri ixracın dayandırılmasını həm texnoloji qəzalar, həm də daxili ehtiyacların ödənilməsi zərurəti ilə əsaslandırırlar.

Livan, İranın Beyrut şəhərinə təyin etdiyi səfiri “arzuolunmaz şəxs” elan edərək, 29 Mart tarixinə qədər ölkədən çıxmasını tələb edib. Açıqlamada qeyd olunur ki, Şeybaninin akkreditasiya sənədləri ləğv edilib, “arzuolunmaz şəxs” statusu verilib və ölkə ərazisini tərk etməsi üçün ona 29 Mart tarixinə qədər vaxt verilib.

İsrail ordusu ABŞ ilə birgə həyata keçirdiyi əməliyyatlar çərçivəsində fevralın 28-dən bu yana İranda 3 mindən çox hədəfi vurduğunu bəyan edib. İsrail ordusundan edilən yazılı açıqlamada Tehran rəhbərliyinə məxsus obyektlərə hücumların davam etdiyi bildirilib. Məlumatda qeyd olunub ki, İsrail döyüş təyyarələri fevralın 28-də ABŞ ilə birlikdə başladığı hücumlarda İran ərazisində 3 mindən çox hədəfə zərbə endirib.

İran İsrailin cənubunda yerləşən Arad və Dimona şəhərlərini hədəf alan yeni cavab zərbələri həyata keçirib. İsrail ordusundan edilən yazılı açıqlamada İrandan atıldığı müəyyən edilən raketlərin qarşısının alınması üçün hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilib. Hücum təhlükəsi altında olan bölgələrdə mobil telefonlara xəbərdarlıq mesajları göndərilib və əhalidən növbəti bildirişə qədər sığınacaqlarda qalmaları istənilib.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə və 1 vaqondan ibarət, çəkisi 68 ton olan qarabaşaq 24 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.