Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Livan İran səfirini ölkədən qovur – Diplomatik münasibətlər qopur

    24 Mart 2026 15:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livan İran səfirini ölkədən qovur – Diplomatik münasibətlər qopur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Livan Xarici İşlər Nazirliyi rəsmi Tehranın diplomatik davranış qaydalarını kobud şəkildə pozmasını əsas gətirərək, İranın bu ölkədəki səfirinin fəaliyyətinə xitam verib.

    VOA xəbər verir ki, Rəsmi Beyrut iranlı diplomatın ölkəni tərk etməsi üçün bazar gününə qədər vaxt qoyub.

    Livan XİN-in yaydığı rəsmi bəyanatda diplomatik gərginliyin pik həddə çatdığını göstərən üç mühüm addım açıqlanıb.

    İranın işlər vəkilinə məlumat verilib ki, səfirin akkreditasiyasına verilən razılıq geri çağırılıb və o, "arzuolunmaz şəxs" (persona non grata) elan edilib. Təyin olunmuş İran səfirindən gələn bazar gününə qədər Livan ərazilərini dərhal tərk etməsi tələb olunub.

    Livanın Tehrandakı səfiri İran tərəfinin diplomatik etika və normaları pozması fonunda məsləhətləşmələr üçün geri çağırılıb.

    Livanın bu kəskin addımı İranın ölkənin daxili işlərinə müdaxiləsi və "Hizbullah" vasitəsilə apardığı siyasətin rəsmi Beyrut tərəfindən artıq qəbul edilməməsi kimi qiymətləndirilir. Xüsusən də regionda davam edən müharibə və Tehranın Livanın suverenliyini təhlükəyə atan bəyanatları bu qərarın əsas hərəkətverici qüvvəsi olub.

    Bu hadisə İranın ərəb dünyasındakı, xüsusən də uzun illərdir ən güclü qalası hesab edilən Livandakı nüfuzuna vurulan ən böyük diplomatik zərbələrdən biri hesab olunur.

    #İran #Livan #Beyrut #Tehran #Livan Xarici İşlər Nazirliyi #Məhəmməd Rza Şeybani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    17 İyul 2026 21:53

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    17 İyul 2026 21:45

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    17 İyul 2026 21:40

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    17 İyul 2026 21:34

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    17 İyul 2026 21:26

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    17 İyul 2026 21:09

    İran mediası Hörmüz boğazındakı gəmi hərəkəti barədə yeni rəqəmlər açıqlayıb

    17 İyul 2026 21:05

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    17 İyul 2026 20:57

    CENTCOM İranın ABŞ hərbçiləri ilə bağlı iddiasını rədd edib

    17 İyul 2026 20:44

    İraq Kürd Regional Hökuməti İranın hücumlarının dərhal dayandırılmasını tələb edib

    17 İyul 2026 20:38

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    17 İyul 2026 19:48

    İranın hücumları Hörmüz boğazında sabitlik bərpa olunana qədər davam edəcək - SEPAH komandanı

    17 İyul 2026 19:41
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.