Baş xəbər

İran Dövlət Televiziyası paytaxt Tehranın qərbində yerləşən nüfuzlu Şərif Texnologiya Universitetinin hücuma məruz qaldığını xəbər verib. VOA xəbər verir ki, rəsmi məlumatda hadisə növbəti aqressiya kimi xarakterizə edilib.

ABŞ-ın "The Hill" qəzeti Prezident Donald Trampın İranla bağlı gərginliyi yeni müstəviyə daşıyan strateji açıqlamalarını yayıb.Prezident Tramp razılıq əldə olunmayacağı təqdirdə, ABŞ-ın hərbi müdaxilənin bütün formalarına, o cümlədən quru əməliyyatlarına hazır olduğunu bildirib."İranla razılıq əldə olunmayacağı təqdirdə, bu ölkəyə quru qoşunlarının göndərilməsini istisna etmirəm."-deyə o qeyd edib. Prezident həmçinin hədəf siyahısı ilə bağlı xəbərdarlığını yeniləyərək əlavə edib ki, "Əgər İranla razılaşma baş tutmasa, vurduğumuz hədəflər siyahısından kənarda qalan heç bir infrastruktur obyekti olmayacaq."

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub. Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qabuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, Hökumətin və XİN-in diqqətə çatdırılıb.

Bir aydan artıqdır davam edən müharibə dövründə ABŞ və İsrailin hava hücumlarına cavab olaraq atılan İran raketləri Körfəz ölkələrinin limanlarını, hava limanlarını, elektrik stansiyalarını, iqtisadi obyektlərini və mülki turizm mərkəzlərini hədəf alıb. Maraqlıdır ki, İranın öz "ideoloji düşməni" elan etdiyi İsrailə qarşı zərbələri daha məhdud və ehtiyatlı xarakter daşıyır.

ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin nəticələri regionda yeni bir nizamın doğulmasına yol açacaq, yoxsa Şimali Afrika və Yaxın Şərqi daha dərin sabitliksizlik burulğanına sürükləyəcək? Bu sual hazırda qlobal siyasi dairələrin mərkəzindədir. Donald Trampın müharibədən əvvəl arzuladığı "sülh və yenidənqurma" vədi, İranın regional proksiləri vasitəsilə müqavimət göstərdiyi bir şəraitdə sınağa çəkilir.

Fevral ayından bəri İranda alovlanan müharibə regional arenada, xüsusilə də Fələstin müqavimət hərəkatlarının, ən başda isə "HƏMAS"ın müttəfiqlik xəritəsində hiss olunan dəyişikliklərə səbəb olub. Tehrandakı münaqişənin təsiri yalnız İran ərazisi və ya Qərb maraqları ilə məhdudlaşmayıb, regional müttəfiqlərə də sirayət edib. Belə ki, İranın nüfuzu tədricən azalmağa başladığı bir vaxtda, regional xaosdan və müharibənin diktə etdiyi dəyişikliklərdən yararlanan "HƏMAS" daxilindəki "Müsəlman Qardaşlar" (İxvan) qanadı yeni siyasi güc qazanmağa başlayıb.

Müasir dünyada güc artıq təkcə tanklar, qırıcı təyyarələr və ya bombalarla ölçülmür. Bu gün qlobal nizamı müəyyən edən ən mühüm amil pulun hansı ölkəyə girəcəyinə və haradan çıxacağına qərar verən nəhəng maliyyə strukturlarıdır. Bu strukturların başında isə 10 trilyon dollardan çox aktivi idarə edən, dünyanın ən böyük varlıq idarəetmə şirkəti olan "BlackRock" dayanır.