Baş xəbər

Müasir dünyada güc artıq təkcə tanklar, qırıcı təyyarələr və ya bombalarla ölçülmür. Bu gün qlobal nizamı müəyyən edən ən mühüm amil pulun hansı ölkəyə girəcəyinə və haradan çıxacağına qərar verən nəhəng maliyyə strukturlarıdır. Bu strukturların başında isə 10 trilyon dollardan çox aktivi idarə edən, dünyanın ən böyük varlıq idarəetmə şirkəti olan "BlackRock" dayanır.

Misrin ABŞ-İsrail koalisiyası ilə İran arasında davam edən müharibədə nümayiş etdirdiyi diplomatik fəallıq regional nüfuzunu artırmaq istəyən bir dövlətin addımı deyil. Bu, əslində, müharibənin öz iqtisadiyyatına və geosiyasi mövqeyinə dağıdıcı təsirlərini artan narahatlıqla izləyən bir ölkənin müdafiə reaksiyasıdır.

Pakistan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid maliyyə depozitlərinin qaytarılması ətrafındakı iddiaları "əsassız və çaşdırıcı" adlandıraraq rədd edib. Şənbə günü Pakistanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bildirilir ki, bu öhdəliklərin yerinə yetirilməsi adi maliyyə tənzimləmələrinin bir hissəsidir. Bu açıqlama, İslamabadın ayın sonuna qədər Əbu-Dabiyə 3,5 milyard dollar qaytarmağı planlaşdırdığı barədə yayılan xəbərlərdən sonra verilib.

Təsis edilməsindən 77 il keçən Şimali Atlantika Alyansı (NATO) bəlkə də tarixinin ən ağır böhranı ilə üz-üzədir. 1949-cu ildə 32 dövlətin iştirakı ilə yaradılan hərbi ittifaqda Avropa ölkələri və ABŞ arasındakı baxış ayrılığı, xüsusilə prezident Donald Trampın hakimiyyəti dövründə dərinləşərək parçalanma həddinə çatıb.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Tehranın buna verdiyi cavab zərbələri nəticəsində Körfəz bölgəsində gərginlik pik həddə çatıb. Müxtəlif ölkələrin müdafiə nazirlikləri və rəsmi enformasiya mərkəzlərindən əldə edilən məlumatlara görə, fevralın 28-dən bəri İran tərəfindən əksəriyyəti ərəb ölkələrində yerləşən ABŞ bazaları və kritik infrastruktur obyektlərinə 5 min 850-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Ötən həftə Qətərdə İran hücumlarının dayanmasından sonra nisbi sakitlik hökm sürüb, məktəblər və iş yerləri tədricən normal fəaliyyətinə qayıdıb. Bu, digər Körfəz ölkələrində hücumların davam etdiyi və məsafədən təhsil/iş rejiminin saxlanıldığı bir vaxtda Qətər üçün fərqli bir mənzərə idi. Lakin bu həftə vəziyyət dəyişdi; İranın xüsusilə dronlardan istifadə etdiyi hücumları yenidən başladı.

ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl, hazırda müvəqqəti fəaliyyət göstərən Məhəmməd Şiə əs-Sudani hökuməti İraqı bölgədəki münaqişə dairələrindən uzaq tutmaqla bağlı diplomatik uğurları ilə öyünürdü. Lakin bu gün Bağdad, hərbi əməliyyatları canlı yayımlayan televiziya ekranlarının Təl-Əviv, Tehran və Beyrutla yanaşı dördüncü əsas nöqtəsinə çevrilib.