Baş xəbər

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq, 17 milyon 761 min 1 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 6 milyon 236 min 81 dollara çatdırıb.

ABŞ Prezidenti Donald Tramp İrana qoyduğu ultimatumun vaxtı daraldıqca, hərbi hədəflər və mümkün dağıntıların miqyası barədə yeni açıqlamalar verib. Prezident hücum siyahısında olan obyektlərin taleyinin birbaşa Tehranın verəcəyi qərardan asılı olduğunu vurğulayıb. "Mən sizə əməliyyatın hədəfləri, razılaşma əldə olunmadan vaxt bitdikdən sonra hansı körpünün və ya hansı elektrik stansiyasının məhv ediləcəyi barədə danışmaq istəmirəm. Əgər məcbur qalmasam, İranın infrastrukturunu məhv etmək niyyətində deyiləm."-deyə Tramp bildirib.

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb. Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yola saldı.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. Azərbaycanın Birinci xanımına muzey haqqında məlumat verildi. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.