Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun

    3 Noyabr 2025 23:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Livan Prezidenti, general Cozef Aun, bazar ertəsi bildirib ki, ölkənin İsraillə danışıqlardan başqa çıxış yolu qalmayıb. Prezident Sarayının yaydığı bəyanata görə, dövlət başçısı danışıqlar dilinin müharibə dilindən daha vacib olduğunu vurğulayıb.

    AzerVoice xəbər verir ki, İsraillə mümkün danışıqlar barədə danışan Aun qeyd edib ki, siyasətdə üç vasitə mövcuddur – diplomatik, iqtisadi və hərbi.

    “Əgər müharibə nəticə vermirsə, nə etməliyik? Dünyanın bütün ölkələrində müharibələrin sonu danışıqlarla bitib. Danışıqlar isə dost və ya müttəfiqlə deyil, düşmənlə aparılır.”-deyə Aun bildirib.

    Prezident əlavə edib ki, “müharibənin nəticələrini gördük, buna görə danışıqlar dili daha vacibdir. Eyni zamanda, diplomatik fəaliyyət də davam edir – istər Nəbih Berri, istərsə də baş nazir Nəvaf Salam tərəfindən”.

    Aun həmçinin bildirib ki, ölkədə vəziyyət “yaxşıdır” və Livana gözlənilən Papa səfəri, eləcə də keçirilən beynəlxalq konfranslar ölkədə sabitlik və inkişafın göstəricisidir.

    Regional çağırışlara toxunan prezident deyibki, “Suriya ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlamışıq. Məsələ daha da aydınlaşır və qarşılıqlı ciddi niyyətlər mövcuddur. Yaxın vaxtlarda sərhədlərin müəyyənləşdirilməsi üçün birgə komitələr yaradılacaq.”

    Aun bildirib ki, Livanın istifadə etməli olduğu çoxsaylı imkanları var.

    “Çətinliklər yoxdur. Cavabdehlik ortaqdır. Məzhəb və sektant düşüncələrdən uzaqlaşa bilsək, hədəfə sürətlə çata bilərik, çünki bu düşüncə tərzi ölkəni dağıdır.”-deyə prezident əlavə edib.

    #Livan #Hizbullah #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #Livan parlamenti #Hizbullah və Livan siyasəti #İsrail Livan münasibətləri #Hizbullahın Livandakı rolu #Cozef Aun #Nəvaf Salam #Hizbullah və Suriya münaqişəsi #Papanın Livana səfəri #Livan Suriya münasibətləri #Nəbih Berri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    21 İyul 2026 20:16

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.