#Livan parlamenti

Livan parlamentinin üzvü Nəcat Aun Saliba ölkə əhalisinin müharibə və dağıntılardan yorulduğunu bildirib. Onun sözlərinə görə, insanlar ailələrini, evlərini və dolanışıq imkanlarını itirirlər. Deputat hadisələrin dövlət üçün də ciddi maliyyə yükü yaratdığını qeyd edib. Saliba hesab edir ki, həm İsrail, həm də Hizbullah Livan ərazisindən öz məqsədləri üçün istifadə edir. O bildirib ki, qarşılıqlı hücumlar indiyədək heç bir real nəticə verməyib. Deputat gərginliyin davam etdirilməsinin çıxış yolu olmadığını vurğulayıb. Onun fikrincə, tərəflər qarşıdurma əvəzinə həll yolları axtarmalıdırlar. Livanda sülhə çağırışlar getdikcə artır.

Nəbih Berri və Məhəmməd Baqir Qalibaf İran–ABŞ memorandumunu müzakirə ediblər. Görüşdə xüsusilə Livanla bağlı müddəa diqqət mərkəzində olub. Tərəflər İsrailin hərbi əməliyyatlarının dayandırılmasını tələb ediblər. Livanın suverenliyinə hörmət və işğal olunmuş ərazilərdən çıxış məsələsi vurğulanıb. ABŞ və təminatçı tərəflərin məsuliyyəti ön plana çıxarılıb. Müzakirələrin məqsədi Livandakı vəziyyətin sabitləşdirilməsi kimi göstərilib. Regional gərginliyin azaldılması əsas prioritetlərdən biri olub. Mövzu İran–ABŞ razılaşması fonunda aktuallığını qoruyur.

İsrail hərbi təyyarələrinin Livanın cənubunda yerləşən Nəbatiyə şəhərinə bağlı Cəbşit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həyatını itirib. Ölənlərdən 4-nün eyni ailənin üzvləri olduğu bildirilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata görə, İsrail hərbi təyyarələri Cəbşit qəsəbəsində bir neçə hava hücumu həyata keçirib. Hücum nəticəsində 6 nəfər həlak olub, onlardan 4-ü eyni ailənin üzvləri olub. Bildirilir ki, İsrail təyyarələri səhər saatlarında qəsəbədə başqa bir yaşayış evini də hədəfə alıb. Hücum nəticəsində həmin ev tamamilə dağılıb.

İsrail ordusu Livan hökumətinin Hizbullahın tərksilah edilməsi prosesində irəliləyiş olduğunu elan etməsinə baxmayaraq bazar ertəsi ölkənin cənubuna silsilə hava zərbələri endirib. İsrail hərbçiləri bir müddət əvvəl Livanın cənubundakı bir neçə bölgədə Hizbullah tərəfindən terrorçuların təlimi üçün istifadə edilən infrastrukturun hədəf alındığını bildirib. Rəsmi bəyanatda bu nöqtələrin İsrail qüvvələrinə və mülki şəxslərə hücum hazırlamaq məqsədilə istifadə edildiyi qeyd olunub. Livanın Milli İnformasiya Agentliyi isə İsrailin ən azı beş kəndi — Ansar, Zərariyə, Kfar Melki, Nahr əl-Şita və Buslayan itop və hava atəşinə tutduğunu xəbər verib.

Livan ordusu açıqlama verərək, ölkənin cənubunda dövlət silah monopoliyasını "effektiv və aydın şəkildə" təmin etdiyini bildirdi, lakin hələ də ərazidə partlamamış sursatların və tunellərin təmizlənməsi üzrə işlərin davam etdiyini vurğuladı. Ordu ilin sonuna qədər cənubda qeyri-dövlət silahlarını təmizləməyi hədəfləmişdi; bu ərazi İsraillə sərhəd bölgəsidir. Məqsəd digər bölgələrə keçməzdən əvvəl cənubda əməliyyat nəzarətini genişləndirmək idi. Bəyanatda, İsrail qüvvələrinin hələ də işğal etdiyi ərazilər istisna olmaqla, cənubda əməliyyat nəzarətinin genişləndirildiyi qeyd olunub.

İsrail döyüş təyyarələri Livanın cənubunda bir neçə ərazini hədəf alıb. Məlumata görə, İsrail 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq Livana qarşı hücumlarını davam etdirir. İsrail təyyarələri cənubdakı Ansar və Zarariye qəsəbələri arasındakı bölgə ilə yanaşı Ukmata Obası, Reyhan bölgəsi və Kıferva ilə İzze qəsəbələri arasındakı əraziləri hədəf alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hücumdan sonra bəzi hədəflərdən dumanların yüksəldiyi müşahidə olunub.

Livan mediasının yazdığına görə, son günlər Hizbullah deputatları ard-arda parlament sədrinin mövqeyinə toxunulmasının yolverilməz olduğu barədə xəbərdarlıqlar edirlər. Siyasi müşahidəçilər bunu partiyanın ölkə daxilində və xaricdən artan təzyiqləri zəiflətmək, xüsusilə silahların sökülməsi və maliyyə mənbələrinin bağlanması tələblərindən yayınmaq cəhdi kimi qiymətləndirirlər.

Livan Prezidenti, general Cozef Aun, bazar ertəsi bildirib ki, ölkənin İsraillə danışıqlardan başqa çıxış yolu qalmayıb. Prezident Sarayının yaydığı bəyanata görə, dövlət başçısı danışıqlar dilinin müharibə dilindən daha vacib olduğunu vurğulayıb. İsraillə mümkün danışıqlar barədə danışan Aun qeyd edib ki, siyasətdə üç vasitə mövcuddur – diplomatik, iqtisadi və hərbi.

Livanın Xristian müxalifət lideri Samir Caca Hizbullahı Livanı yüz il geriyə aparmaqda ittiham edib. Onun bu açıqlaması, hökumətin avqustun 6-da keçirəcəyi və “silah üzərində dövlətin inhisarını təmin edəcək icra mexanizmini” təsdiqləməyi hədəfləyən mühüm iclas ərəfəsində verilib. Hizbullah isə bildirib ki, silahı yerə qoymaq Livanı İsrailə təslim etmək deməkdir. Livanın kənd təsərrüfatı naziri Nizar Hani yerli radioya açıqlamasında deyib ki, bu iclas prezident Cozef Aunun andiçmə nitqində qoyduğu əsas prinsiplərə uyğundur. Həmin nitqdə silahın yalnız dövlətə məxsus olması üçün müddət təyin olunmuşdu. Hani əlavə edib ki, bu məsələ hökumət daxilində geniş siyasi razılıqla qarşılanır və Hizbullahla Amal hərəkatı da daxil olmaqla heç bir tərəf iclası boykot etməyəcək.