Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İranın hipersəs raketi İsrail üçün yeni təhlükə yarada bilər

    16 İyun 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın hipersəs raketi İsrail üçün yeni təhlükə yarada bilər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İranın hələ ki istifadə etmədiyi təhlükəli silah- Xürrəmşəhr hipersəs raketi münaqişənin gedişatını dəyişə bilər.

    AzerVoice xəbər verir ki, İranın İsrailə qarşı həyata keçirdiyi "Real Promise-3" əməliyyatı çərçivəsində raket hücumları davam edir.

    Hücumlar nəticəsində İsraildə ən azı 16 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. İranın “Fəttah” və “İmad” kimi ballistik raketlərlə vurduğu Təl-Əviv, Ramat Qan, Hayfa kimi şəhərlərdə böyük dağıntılar müşahidə olunub. Lakin ekspertlərin diqqət çəkdiyi bir məsələ var- İran hələ Xürrəmşəhr adlı qabaqcıl hipersəs ballistik raketindən istifadə etməyib.

    İsrailin baş naziri Benyamin Netanyahu İranın ballistik raket potensialının ölkəsi üçün ciddi təhlükə yaratdığını bildirib. O, ayda 300 raket istehsal edən Tehranın növbəti illərdə bu sahədə ciddi üstünlük qazana biləcəyini vurğulayıb. Bu isə Dəmir Qübbə kimi müdafiə sistemləri üçün əlavə təzyiq deməkdir.

    İranın Xürrəmşəhr raketi 2000 kilometr uçuş məsafəsinə və 1800 kiloqramlıq döyüş başlığına malikdir. Hərbi analitiklər bu raketin İsrailin strateji obyektlərini hədəfə almaqda ciddi rol oynaya biləcəyini hesab edir. Əgər Tehran bu raketi döyüşdə işə salsa, münaqişə daha sərt mərhələyə keçə bilər.

    Qeyd edək ki, İran indiyədək əsasən köhnə texnologiyalı raketlərdən istifadə edib. Mütəxəssislər bununla Tehranın həm resurslarını qoruduğunu, həm də münaqişəni daha genişmiqyaslı savaş səviyyəsinə çıxarmamaq niyyətində olduğunu bildirirlər. Lakin İranın ali lideri Əli Xamneyinin “İsrail ən ağır bədəli ödəyəcək” bəyanatı daha sərt cavab ehtimalını artırır.

    #İsrail #İran #Tehran #Təl-Əviv #İran-İsrail gərginliyi #İsrailin İran hücum planı #Təl-Əviv Tehrana qarşı #İran İsrail qarşıdurması #Xürrəmşəhr hipersəs raketi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İordan çayının qərb sahilində gərginlik davam edir

    23 İyul 2026 19:23

    ABŞ hegemon yanaşmasını dəyişməlidir - Əraqçi

    23 İyul 2026 19:21

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    23 İyul 2026 18:48

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    23 İyul 2026 18:31

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    23 İyul 2026 18:15

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    23 İyul 2026 18:12

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    23 İyul 2026 10:57

    SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu

    23 İyul 2026 09:41

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində gərginlik davam edir

    ABŞ hegemon yanaşmasını dəyişməlidir - Əraqçi

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    ABŞ–Səudiyyə nüvə sazişi İbrahim Sazişlərinə qoşulmaq şərti ilə mümkün olacaq - Tramp

    Küveytin Əl-Əbdəli sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

    Avropa İttifaqı husiləri Qırmızı dənizdə hücumları dayandırmağa çağırıb

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.