Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Netanyahu 7 Oktyabr İstintaqından Niyə Qaçır?

    18 Mart 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu 7 Oktyabr İstintaqından Niyə Qaçır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoic Analitik Təhlil Mərkəzi

    İsrailin baş naziri Benyamin Netanyahu hələ də prezident İshaq Hersoqun 7 oktyabr 2023-cü ildə “HƏMAS” və digər fələstinli qrupların hücumunu araşdırmaq üçün rəsmi hökumət komissiyası yaradılması təşəbbüsünü qətiyyətlə rədd edir. Bu isə onun məsuliyyətdən yayınmağa çalışdığına dair şübhələr yaradır.

    Hersoqun təklifi ilə əlaqədar olaraq Ali Məhkəmənin sədri Yitshaq Amit onunla görüş keçirib və rəsmi istintaq komissiyası yaradılmasını müzakirə edib.

    Hersoqun təklifinə əsasən, tezliklə Ali Məhkəmə sədrinin müavini təyin ediləcəyi gözlənilən hakim Noam Solberq bu komissiyanın yaradılmasında və formalaşdırılmasında iştirak edəcək. Amit bu təklifi dəstəkləsə də, Netanyahunun ətrafındakı dairələr təşəbbüsə qarşı çıxıb.

    İsrailin rəsmi yayım qurumu “Kan” Netanyahunun yaxın çevrəsindəki şəxslərə istinad edərək bildirib ki, “bütün tərəfləri istisnasız araşdıracaq, əhalinin əksəriyyətinin maraqlarını əks etdirən, həqiqətən qərəzsiz bir istintaq komissiyası lazımdır.”

    Hersoqun təşəbbüsü İsraildə 7 Oktyabr “uğursuzluğunu” araşdırmaq üçün rəsmi istintaq komissiyası yaradılmasına dair geniş çağırışlara əlavə olunur. Netanyahu isə hər zaman belə çağırışlardan yayınıb.

    Netanyahu “HƏMAS” hücumundan bəri məsuliyyəti tam şəkildə ordu və təhlükəsizlik orqanlarının rəhbərlərinin üzərinə atmağa çalışır və öz məsuliyyətini qəbul etməkdən imtina edir. Bu məsələ onunla təhlükəsizlik orqanlarının rəhbərləri arasında geniş mübahisələrə və fikir ayrılıqlarına səbəb olub.

    7 oktyabr uğursuzluğuna görə siyasi məsuliyyətdən yayınmaq məqsədilə Netanyahu Daxili Təhlükəsizlik Xidmətinin (“Şabak”) rəhbəri Ronen Bar ilə qarşıdurmaya gedib. Bar istefa verməkdən imtina edir və hücuma gətirib çıxaran siyasətləri araşdıracaq istintaq komissiyasının yaradılmasını israrla tələb edir.

    “Şabak” araşdırması

    İki həftədən çox əvvəl “Şabak” rəhbəri səkkiz səhifəlik bir sənəd dərc edərək, qurumunun “HƏMAS”ın niyyətlərini öncədən bilməkdə uğursuz olduğunu etiraf edib. O, həm özünü, həm də rəhbərlik etdiyi qurumu sərt şəkildə tənqid edib. Lakin sənəddə Netanyahuya qarşı elə ittihamlar irəli sürüb ki, onun məsuliyyətini inkar etməyə yer qoymayıb. “Siyasi rəhbərlik macəraçı bir siyasət yürüdərək "HƏMAS"ın hücuma keçməsi üçün əsas stimul oldu”-deyə sənəddə dərc olunub.

    Əslində, istefaya getməkdən imtina edən “Şabak” rəhbəri Netanyahuya qarşı çıxan təhlükəsizlik rəhbərlərinin əksəriyyətinin mövqeyini təmsil edir. Bu təhlükəsizlik rəhbərləri Netanyahunu uğursuzluqda günahlandırır və rəsmi istintaq komissiyası yaradılmasını tələb edirdilər. Buna cavab olaraq Netanyahu onları bir-bir vəzifədən uzaqlaşdırmağa başladı. Bu proses müdafiə naziri Yoav Qalantdan başlayaraq, Baş Qərargah rəisi Herzi Halevi və kəşfiyyat rəhbərlərinə qədər davam etdi.

    Keçən həftə “Kan 11” kanalı İsraildə rəsmi istintaq komissiyasının yaradılması üçün ictimai təzyiqlərin artdığını bildirdi. Lakin hazırda hökuməti bu addımı atmağa məcbur edən heç bir hüquqi prosedur mövcud deyil.

    Ali Məhkəmə hökumətə bu məsələ ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün may ayının ortalarına qədər vaxt verib. Hökumətin komissiyanın yaradılacağını elan etməsi məcburi deyil, sadəcə bu barədə planlarını və prosesi necə aparacağını açıqlaması tələb olunur.

    Hökuməti rəsmi istintaq komissiyası yaratmağa məcbur edən hüquqi bir presedent yoxdur. “Kan” kanalının məlumatına görə, əvvəlki İsrail hökumətləri hüquqi məcburiyyət olmadan belə araşdırma komissiyaları yaratmağa özləri təşəbbüs göstərirdilər.

    Əgər belə bir komissiya yaradılarsa və Netanyahu 7 Oktyabr hücumunun qarşısının alınmasında uğursuzluğa görə məsuliyyətli hesab edilərsə, onun hakimiyyətdən getməsi qaçılmaz ola bilər.

    “Yisrael Beytenu” partiyasının sədri Aviqdor Liberman, qarşıdakı seçkilərdə baş nazirlik uğrunda mübarizə aparmaq niyyətini açıqlayaraq, rəsmi istintaq komissiyasının yaradılmasının vacib olduğunu bildirib.

    O, İsrailin “103 FM” radiosuna verdiyi müsahibədə : “Baş nazirin niyə rəsmi istintaq komissiyasından qorxduğunu tamamilə anlayıram. Hər şey qeydiyyata alınıb – "HƏMAS"ın maliyyələşdirilməsi, təhlükəsizlik səhlənkarlığı, terrorizmə boyun əymək, uğursuz qərarlar. Həqiqətlər üzə çıxdıqdan sonra o, artıq məsuliyyətdən qaça bilməyəcək” - deyib.

    “HƏMAS”ın qəfil hücumu nəticəsində 1200 israilli həlak olub, 250 nəfər isə əsir götürülərək Qəzzəyə aparılıb. Həmin gün Qəzzə ətrafındakı İsrail müdafiə sistemi anlaşılmaz bir şəkildə çökdü və bu hadisə bölgənin mənzərəsini tamamilə dəyişdi.

    İsrailin hərbi və siyasi rəhbərləri bu böyük uğursuzluğu etiraf etsələr də, məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar.

    Son günlərdə daha bir sensasiyalı etiraf səsləndirilib. Qəzzə müharibəsi zamanı ordunu idarə edən keçmiş Baş Qərargah rəisi Herzi Halevi bazar günü İsrail ordusunun radiosunda yayımlanan səs yazısında: “Onlar bizi aldatmağı bacardılar... Belə bir ssenarini – heç 5 faizini belə – təsəvvür etmirdik”- deyib.

    “Başqa heç nə deməsəm də, "HƏMAS"ın bu işdə uğur qazandığını etiraf etməliyəm. Onlar bizə qarşı bir neçə gün öncə baş verən iğtişaşlardan istifadə etdilər, sülhə nail olmaq, humanitar məsələlərlə məşğul olmaq bəhanəsi ilə bizi yuxuya verdilər”.- deyə o qeyd edib.

    #İsrail və HƏMAS müharibəsi #İsrail və Fələstin münaqişəsi 2025 #Netanyahu 7 Oktyabr istintaqı #İsrail 7 Oktyabr hücumu #7 Oktyabr HƏMAS hücumu #HƏMAS İsrail münaqişəsi #İsrail və Fələstin münaqişəsi #Netanyahu siyasi böhran #HƏMAS və İsrail müharibəsi #İsrail ordusu və təhlükəsizlik uğursuzluğu #Qəzzə və İsrail arasındakı gərginlik #Netanyahu və İsrail hökuməti #Aviqdor Libermanın tənqidləri #İsrail siyasi istintaq komissiyası #HƏMAS-ın hərbi strategiyası #İsrailin təhlükəsizlik sistemi #Netanyahu niyə 7 Oktyabr istintaqını qəbul etmir? #7 Oktyabrda İsraildə nə baş verdi? #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #Netanyahu 7 Oktyabr hadisələrində günahkardırmı? #HƏMAS İsrailə necə hücum etdi? #İsrail təhlükəsizlik qüvvələri niyə uğursuz oldu? #Netanyahu hökumətinin istintaq komissiyası barədə mövqeyi nədir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranı vurmaq üçün tam hazırıq - İsrailin yeni Hərbi Hava Qüvvələri komandanı

    6 May 2026 07:57

    Qəzzada ölənlərin sayı artmaqda davam edir - 72 610 nəfər həlak olub

    4 May 2026 11:07

    Qəzzada hava zərbəsi nəticəsində yeddi mülki şəxs həlak olub

    6 Aprel 2026 22:11

    İsrailin Qəzzaya yeni hücumları ABŞ-ın vasitəçilik etdiyi atəşkəsi sarsıdır

    31 Mart 2026 16:00

    İran, İsrailin Yaxın Şərqdə hegemon güc kimi mövqeyini necə möhkəmləndirdi - faktlar və tarixi xronologiya

    24 Mart 2026 07:16

    İsraildən 5 media platformasına qadağa

    23 Fevral 2026 15:59

    HƏMAS blokadanın ləğvini və hüquqların təminini tələb edir

    20 Fevral 2026 14:12

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    UNRWA-nın Şərqi Qüdsdəki qərargahı yandırılıb

    26 Yanvar 2026 10:03
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.