Bakı. AzerVoice:
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN NATO çərçivəsində keçirilən tenderlərdə iştirak edir.
Bu barədə AzerVoice-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.
"Bu il Müdafiə Sənayesi İdarəsi koordinasiyası ilə dünyada ən yüksək standartlara malik olan NATO-da tenderlərdə iştirak edirik. NATO standartlarında dünyanın qabaqcıl şirkətləri ilə rəqabət aparmaqda Türkiyə uğur qazandı. Yalnız NATO-da deyil, OCCAR və BMT-də bütün beynəlxalq strukturlarda daha çox iştiraka yönəlmişik", - deyə məlumatda qeyd edilib.