#Özəl

2025-ci ilin avqust ayında Türkiyədə baş verən ümumi qəza sayı 63 min 936 olub. İdarədən verilən məlumata görə, avqust ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 54 min 727, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 9 min 209 olub. Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 440 min 578 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 383 min 128, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 57 min 450 olub.