BAKI,VOA, Fərid Mikayılov
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla aparılan müzakirələrdə müəyyən irəliləyişlər olsa da, Hörmüz Boğazı vasitəsilə keçidlərdən ödəniş alınmasına əsaslanan sistem beynəlxalq hüquq baxımından qəbul edilə bilməz.
VOA xəbər verir ki, Rubio İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı girişində jurnalistlərə açıqlamasında deyib ki, ABŞ və müttəfiqləri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək və uran zənginləşdirilməsi məsələsi müzakirə olunmalıdır.
“Bunun baş verməsinə icazə verilə bilməz. Əgər Hörmüz Boğazında belə bir sistem qurularsa, dünyada başqa yerlərdə də bənzər hallar meydana çıxa bilər. Dünyanın digər ölkələri də ‘Biz də bunu etmək istəyirik’ deyə bilər”- deyə o bildirib.