BAKI,VOA, Fərid Mikayılov
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, yaxın vaxtlarda imzalanmış memorandum İran Ali Milli Təhlükəsizlik Şurası üzvlərinin ortaq qərarının nəticəsidir və gələcəkdə ölkənin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilə bilər.
VOA xəbər verir ki, onun sözlərinə görə, sənəd Ali Milli Təhlükəsizlik Şurasının bütün üzvlərinin razılığı ilə hazırlanıb.
"İmzalanan memorandum Ali Milli Təhlükəsizlik Şurası üzvlərinin kollektiv müdrikliyinin nəticəsidir və bütün üzvlər onu dəstəkləyirlər. Hesab edirəm ki, bu memorandum gələcəkdə xarici siyasətimizin əsas sütunlarından birinə çevriləcək", – deyə İran prezidenti bildirib.
Pezeşkian vurğulayıb ki, əsas məqsəd qarşı tərəfin də üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasını təmin etməkdir.
"Qarşı tərəfin imzaladığı memoranduma əməl etməsini təmin etmək üçün çalışmalıyıq", – deyə o qeyd edib.
İran prezidenti əlavə edib ki, memorandumun icrası İranın, regionun və Tehranın müttəfiqlərinin təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.