#ABŞ İran razılaşması

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, yaxın vaxtlarda imzalanmış memorandum İran Ali Milli Təhlükəsizlik Şurası üzvlərinin ortaq qərarının nəticəsidir və gələcəkdə ölkənin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilə bilər. Pezeşkian vurğulayıb ki, əsas məqsəd qarşı tərəfin də üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasını təmin etməkdir.

İsrail ordusu Livanda qüvvədə olan atəşkəs rejiminə və ABŞ ilə İran arasında əldə olunduğu bildirilən son razılaşmalara baxmayaraq, ölkənin cənub bölgələrinə hücumlarını davam etdirib. Livanın dövlət informasiya agentliyinin yaydığı məlumata görə, İsrail artilleriyası Cəzzin bölgəsində yerləşən Reyhan yaşayış məntəqəsinin ətraf ərazilərini atəşə tutub.

Reuters agentliyinin Pakistan mənbəsinə istinadən yaydığı məlumata görə, Vaşinqton ilə Tehran arasında qeyri-rəsmi diplomatik səylərdə irəliləyiş qeydə alınıb. Məlumata əsasən, tərəflər arasında yaxın vaxtlarda keçirilməsi gözlənilən görüş nəticəsində ilkin mərhələdə anlaşma memorandumu, daha sonra isə 60 gün ərzində daha genişmiqyaslı razılaşmanın əldə olunması mümkündür.