BAKI,VOA,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə müharibə dövründə ölkə xalqının göstərdiyi dözümlülüyü yüksək qiymətləndirərək bildirib ki, İranın gələcəyini yalnız İran xalqı müəyyən edəcək.
VOA xəbər verir ki, Məsud Pezeşkian sosial şəbəkədə paylaşdığı bəyanatda İran xalqını göstərdiyi müqavimətə görə "qəhrəman" adlandırıb.
Prezident münaqişənin başlanğıcını 2024-cü il iyulun 31-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsi ilə əlaqələndirib. Həniyə həmin vaxt Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər etmişdi.
Pezeşkian bildirib ki, o vaxtdan bəri İran müharibələr, təzyiqlər və davamlı düşmənçiliklə üzləşsə də, ölkənin gələcəyini xarici qüvvələr deyil, İran xalqı müəyyən edəcək.
İran prezidenti vurğulayıb ki, xalqın iradəsi ölkənin gələcək inkişafında əsas amil olacaq.