Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Hörmüz boğazının təhlükəsizliyi region ölkələri tərəfindən təmin edilməlidir - İran XİN

    26 İyun 2026 18:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hörmüz boğazının təhlükəsizliyi region ölkələri tərəfindən təmin edilməlidir - İran XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İran Xarici İşlər Nazirliyi ABŞ və Körfəz Əməkdaşlıq Şurasının birgə bəyanatına sərt reaksiya verərək, sənədi müdaxilə xarakterli, məsuliyyətsiz və təxribat xarakterli adlandırıb.

    VOA xəbər verir ki, nazirliyin yaydığı açıqlamada ABŞ və Körfəz Əməkdaşlıq Şurasının bölgədə qarşıdurma xarakterli davranışların davam etməsi ilə bağlı mövqeyi tənqid olunub.

    İran bildirib ki, Hörmüz boğazının idarə olunması, həmçinin İran və Omanın ərazi suları ilə sahillərinin təhlükəsizliyi iki ölkə arasında imzalanmış anlaşma memorandumuna uyğun şəkildə təmin ediləcək.

    Tehran ABŞ-ın Körfəz ölkələrinin təhlükəsizliyinin təminatçısı olması ilə bağlı iddialarını reallığın təhrif edilməsi kimi qiymətləndirib. Açıqlamada ABŞ hərbi qüvvələrinin bölgədə mövcudluğunun region xalqları üçün əlavə yük yaratdığı, eyni zamanda qeyri-sabitlik və parçalanmaya səbəb olduğu iddia edilib.

    İran Körfəz ölkələrini öz ərazilərinin və infrastrukturunun İrana qarşı qanunsuz fəaliyyətlərin planlaşdırılması, dəstəklənməsi və həyata keçirilməsi üçün istifadəsinə imkan verməməyə çağırıb.

    Bununla yanaşı, Tehran Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələri ABŞ-ın İranın dinc nüvə proqramı ilə bağlı mövqeyini dəstəkləməməyə çağıraraq, Yaxın Şərqin nüvə silahından azad bölgəyə çevrilməsi təşəbbüsünü dəstəkləməyə səsləyib.

    İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, regionun təhlükəsizliyi xarici dövlətlərin müdaxiləsi ilə deyil, məhz bölgə ölkələrinin birgə əməkdaşlığı hesabına təmin olunmalıdır.

    #İran #ABŞ #Oman #Körfəz Əməkdaşlıq Şurası #Yaxın Şərq #nüvə proqramı #Regional təhlükəsizlik #İran Xarici İşlər Nazirliyi #Hörmüz boğazı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    24 Avqust 2026 22:06

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    24 Avqust 2026 21:53

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    24 Avqust 2026 21:42

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    24 Avqust 2026 21:39

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    24 Avqust 2026 20:56

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    24 Avqust 2026 20:38

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    24 Avqust 2026 19:59

    İran Hörmüz boğazında 45 tankeri “qara siyahı”ya salıb

    24 Avqust 2026 19:50

    Pakistan ABŞ və İranın diplomatiyaya qayıdışını asanlaşdıra bilər

    24 Avqust 2026 19:43

    Husilər Səudiyyə Ərəbistanına məxsus neft tankerini ballistik raketlə vurduqlarını bildirirlər

    24 Avqust 2026 19:06

    Rialın ucuzlaşması müvəqqətidir - İran

    24 Avqust 2026 18:51

    Strateji neft ehtiyatlarının ikinci dəfə istifadəsi gündəmdə deyil - Fatih Birol

    24 Avqust 2026 18:42
    XƏBƏR LENTİ

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    İsrail Livanın cənubuna yeni zərbələr endirib

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    İsrail qüvvələri Cəninin giriş və çıxışlarında nəzarəti artırıb

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.