Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    ABŞ və İsrailin danışıqlar zamanı hücum etməsi etibarı tamamilə sarsıdıb - Pezeşkian

    30 Aprel 2026 19:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ və İsrailin danışıqlar zamanı hücum etməsi etibarı tamamilə sarsıdıb - Pezeşkian
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Nailə Babazadə

    İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əvvəlki danışıqlar prosesində ABŞ və İsrailin hücumlarına məruz qaldığını xatırladaraq, bənzər cəhdlərin təkrarlanma ehtimalının hələ də qaldığını bildirib.

    VOA xəbər verir ki, "Fars" xəbər agentliyinin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Regional məsələlərin və ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə Pezeşkian rəsmi Tehranın münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək tərəfdarı olduğunu vurğulayıb. Lakin o, acı təcrübəni də diqqətə çatdırıb: "İran məsuliyyət hissi çərçivəsində ixtilafları hər zaman diplomatiya yolu ilə həll etməyə çalışıb. Lakin danışıqlar getdiyi bir vaxtda ABŞ və İsrail iki dəfə İrana hücum etdi. Belə bir addımın yenidən atılma ehtimalı var".

    İran lideri bu vəziyyətin ölkəsində ABŞ-a qarşı inamın tamamilə yox olmasına səbəb olduğunu xüsusi qeyd edib. O bildirib ki, beynəlxalq razılaşmalar zamanı edilən hücumlar diplomatik həll yollarına olan ümidləri azaldır.

    Belarus Prezidenti Aleksandr Lukaşenko bölgədə artan gərginliyin həm regional, həm də qlobal təhlükəsizlik və iqtisadiyyat üçün doğurduğu fəsadlardan narahatlığını ifadə edib. Lukaşenko bildirib ki, qarşılıqlı etimad olmadan aparılan danışıqlar qalıcı nəticə verə bilməz. O, tərəflər arasında etimad mühitinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

    Görüşün sonunda hər iki prezident ikitərəfli münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib. Liderlər ortaq maraqlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

    #Məsud Pezeşkian #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran-ABŞ qarşıdurması #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    ABŞ sanksiyaları İran iqtisadiyyatına təzyiqi artırır

    29 Avqust 2026 10:12

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    28 Avqust 2026 20:32

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25

    Qətərin Baş naziri Tehranda İran rəsmiləri ilə gərginliyin azaldılması yollarını müzakirə edib

    27 Avqust 2026 21:49

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    27 Avqust 2026 11:05

    İran xalqı ABŞ ilə müharibədə geri çəkilməyəcək - Məsud Pezeşkian

    26 Avqust 2026 19:27

    Müharibənin başa çatması və birliyin qorunması əsas məqsədimizdir - Məsud Pezeşkian

    25 Avqust 2026 21:16

    Heç bir halda təzyiq qarşısında boyun əyməyəcəyik - Məsud Pezeşkian

    21 Avqust 2026 18:46

    Məsud Pezeşkian İran Silahlı Qüvvələrinə dəstəyin davam etdiriləcəyini bildirib

    19 Avqust 2026 19:40

    Hörmüz boğazı ətrafında “zarafat” - Müharibənin sərhədləri getdikcə daha da bulanıqlaşır

    19 Avqust 2026 09:00
    XƏBƏR LENTİ

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.