BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti İranla bağlı növbəti sərt açıqlama verib.
VOA xəbər verir ki, Donald Tramp İran rəhbərliyinə münasibətdə kəskin ritorika nümayiş etdirərək, onların yalnız güc vasitəsilə mesajları qəbul etdiyini bildirib.
Məlumata görə, Tramp son dövrlərdə İranla bağlı çıxışlarında daha sərt mövqe sərgiləyir. O, daha əvvəl də Tehranın nüvə proqramından imtina etmədiyi təqdirdə hərbi tədbirlərin davam etdirilə biləcəyini vurğulayıb.
Ekspertlər qeyd edirlər ki, ABŞ və İran arasında davam edən gərginlik fonunda bu cür bəyanatlar diplomatik proseslərə təsir göstərir və tərəflər arasında qarşılıqlı etimadı daha da zəiflədir.
Qeyd olunur ki, hazırda tərəflər arasında danışıqlar dalana dirənmiş vəziyyətdədir və əsas mübahisə mövzuları İranın nüvə proqramı və regionda təhlükəsizlik məsələləridir.