Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İslamabad Zirvəsi: Əraqçi və Trampın Elçiləri Müharibəni Bitirməyə Çalışır

    25 Aprel 2026 19:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İslamabad Zirvəsi: Əraqçi və Trampın Elçiləri Müharibəni Bitirməyə Çalışır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü İslamabadda keçirilən görüşlərdə ölkəsinin tələblərini və ABŞ-ın mövqeyi ilə bağlı çətinlikləri ortaya qoyub.

    VOA xəbər verir ki,Pakistanın paytaxtı minlərlə insanın ölümünə və qlobal bazarlarda ciddi gərginliyə səbəb olan müharibəni dayandırmaq üçün yeni bir diplomatik mərkəzə çevrilib.

    Danışıqların təfərrüatları tam açıqlanmasa da, Əraqçi Pakistanın Baş naziri Şahbaz Şərif və digər yüksək rütbəli rəsmi şəxslərlə görüşüb. Ağ Ev Prezident Donald Trampın xüsusi elçisi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin İslamabada səfər edəcəyini elan etsə də, İran tərəfi hələ ki, ABŞ ilə birbaşa danışıqlar aparılması ehtimalını rədd edir.

    Vaşinqton və Tehran arasındakı münasibətlər hazırda çıxılmaz vəziyyətdədir. Belə ki, qlobal neft daşımalarının beşdə birinin keçdiyi Hörmüz boğazı İran tərəfindən böyük ölçüdə bağlanıb, ABŞ isə İranın neft ixracını bloklayır.

    28 fevralda ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayan müharibə enerji qiymətlərini son illərin ən yüksək həddinə çatdırıb, inflyasiyanı stimullaşdırıb və qlobal iqtisadi artım proqnozlarını zəiflədib. Hazırda atəşkəs qüvvədə olsa da, regiondakı qeyri-müəyyənlik davam edir.

    Əraqçinin rəsmi "Telegram" kanalında yayılan bəyanatda bildirilir ki, nazir ölkəsinin atəşkəs və "dayatılan müharibənin" tamamilə dayandırılması ilə bağlı prinsipial mövqeyini qarşı tərəfə izah edib. "Reuters"ə danışan iranlı diplomatik mənbə isə qeyd edib ki, Tehran ABŞ-ın "maksimalist tələblərini" qəbul etməyəcək.

    ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, İranın "yaxşı razılaşma" əldə etmək şansı hələ də var: "İran bilir ki, müdrik seçim etmək üçün pəncərə açıqdır. Onlar sadəcə nüvə silahı ambisiyalarından şəffaf şəkildə imtina etməlidirlər".

    Tramp isə İranın ABŞ-ın tələblərini qarşılamaq üçün bir təklif hazırladığını düşündüyünü, lakin bu təklifin nədən ibarət olduğunu bilmədiyini qeyd edib. Ağ Evin sözçüsü Karolin Livitt son günlərdə İran tərəfindən bəzi irəliləyişlərin müşahidə olunduğunu və bu həftəsonu daha çox nəticə əldə ediləcəyinə ümid etdiklərini bildirib.

    Prezident Trampın atəşkəs müddətini uzatmasından sonra, şənbə günü Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanından beynəlxalq uçuşlar bərpa edilib. İlk sərnişinlər Mədinə, Maskat və İstanbula yola düşüblər. Müharibənin başlanğıcından bəri Yaxın Şərq hava məkanının böyük hissəsi raket və dron təhdidləri səbəbindən bağlanmışdı.

    Uçuşlar bərpa olunsa da, dəniz nəqliyyatında vəziyyət gərgin qalır. Müharibədən əvvəl Hörmüz boğazından gündə orta hesabla 130 gəmi keçdiyi halda, son 24 saat ərzində cəmi 5 gəminin keçidi qeydə alınıb. "Brent" markalı neftin qiyməti sülh danışıqlarının taleyi ilə bağlı qeyri-müəyyənlik fonunda bu həftə 16 faiz bahalaşıb.

    İran hərbi rəhbərliyi isə ABŞ-ın bölgədəki "blokada və dəniz quldurluğuna" davam edəcəyi təqdirdə cavab reaksiyası verəcəklərini bəyan edib. Eyni zamanda, İsrail və Livan arasındakı atəşkəs 3 həftə müddətinə uzadılsa da, şənbə günü baş verən qarşılıqlı atəş və ölümlər bu kövrək sülhün hər an pozula biləcəyini göstərir.

    #Abbas Əraqçi #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #ABŞ-İran dialoqu #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi #ABŞ–İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    28 Avqust 2026 20:32

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    28 Avqust 2026 15:10

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25

    İran və Qətər Hörmüz boğazının minalardan təmizlənməsi üzrə birgə layihəni müzakirə edib

    27 Avqust 2026 18:13

    İran və Oman Hörmüzlə bağlı razılaşma üzərində işləyir

    26 Avqust 2026 11:14
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.