BAKI,VOA, Fərid Mikayılov
İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Ekreminiya ABŞ və İsrailin İran əleyhinə həyata keçirdiyi əməliyyatların hədəflərinə çatmadığını bildirib.
VOA xəbər verir ki, onun sözlərinə görə, müharibənin davam etdirilməsində əsas məqsəd düşməni peşman olacağı səviyyəyə çatdırmaq və gələcək hücumların qarşısını almaqdır.
Ekreminiya qeyd edib ki, bu yanaşma emosional deyil, tam şəkildə strateji əsaslara söykənir və uzunmüddətli təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Sözçü vurğulayıb ki, bu hədəfə nail olunacağı təqdirdə qarşı tərəfin gələcəkdə yenidən hücum etmək ehtimalı minimuma enəcək və çəkindirici təsir güclənəcək.