Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Avtomobillərin rəngi şəhərlərin istiləşməsini sürətləndirir

    31 Avqust 2025 14:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avtomobillərin rəngi şəhərlərin istiləşməsini sürətləndirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Portuqaliyanın paytaxtı Lizbon Universitetində aparılan yeni araşdırma göstərib ki, avtomobillərin rəngi şəhərlərdə temperaturun artmasına ciddi təsir göstərir. Xüsusilə qara rəngli nəqliyyat vasitələrinin yaydığı istilik ətraf mühitin temperaturunu bir neçə dərəcə yüksəldə bilər.

    "City and Environment Interactions" jurnalında dərc olunan hesabatda qeyd olunur ki, açıq havada 5 saat saxlanılan qara avtomobilin ətrafında havanın temperaturu 3,8 dərəcə daha yüksək olub. Ağ rəngli avtomobildə isə bu təsir xeyli aşağı qeydə alınıb. Alimlər bunu rənglərin günəş şüalarını əks etdirmə xüsusiyyətləri ilə izah edirlər: ağ boya işığın 75–85 faizini geri qaytarır, qara isə cəmi 5–10 faizini.

    “Şəhərdə park edilmiş minlərlə avtomobilin hər biri kiçik istilik mənbəyi rolunu oynayır və bu, küçələrin istilik dərəcəsini nəzərəçarpacaq şəkildə dəyişə bilər”- deyə tədqiqatı aparan professor Marcia Matias bildirib.

    Avropa İttifaqının Copernicus proqramı isə vurğulayır ki, beton, asfalt və sıx tikili səbəbindən şəhərlər kənd ərazilərindən 10–15 dərəcə isti ola bilər. Bu isə əhali, xüsusilə yaşlılar və xroniki xəstələr üçün ciddi sağlamlıq riskləri yaradır.

    Avropanın bir çox şəhərində “iqlim sığınacaqları” yaradılır, parklarda və ictimai binalarda soyuducu məkanlar təşkil olunur. Bununla yanaşı, alimlər avtomobillərin rənginin dəyişdirilməsinin daha sadə və effektiv həll ola biləcəyini bildirirlər. Qara avtomobillərin açıq rənglərə boyanması bəzi küçələrdə istiliyi bir neçə dərəcə aşağı sala bilər.

    ABŞ-ın Şimali Karolina Universitetindən iqlim mütəxəssisi Sarah Berk qeyd edib ki, indiyədək əsas diqqət dam örtüklərinə və asfaltın rənginə yönəlsə də, avtomobillərin də “şəhərlərin istilik balansında mühüm rol oynadığı” nəzərə alınmalıdır.

    Xüsusilə taksilər, yük və bələdiyyə maşınlarının açıq rəngə boyanması iqlim dəyişikliyinin yaratdığı istilik dalğalarına qarşı sürətli və praktik həll ola bilər.

    #Avropa İttifaqı (Aİ) #Portuqaliya #İqlim dəyişikliyi #isti hava #istiləşmə #qlobal istiləşmə #Bunu bilirsinizmi? #qlobal istiləşmə təhlükələri #İsti hava səbəbindən ölüm #isti hava dalğaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    30 Avqust 2026 12:00

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    27 Avqust 2026 09:49

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    23 Avqust 2026 04:00

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Avropa daha isti gələcəyə hazırdırmı?

    14 Avqust 2026 06:00

    Qərbi Avropa tarixinin ən isti yayını yaşayır - Temperatur rekordları yeniləndi

    10 Avqust 2026 10:46

    İran Aİ-yə Ukraynadan şikayət edib

    29 İyul 2026 16:56

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    28 İyul 2026 21:28

    Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

    26 İyul 2026 14:00

    Fransada meşə yanğınları - 197 mindən çox insan təxliyə edilib

    25 İyul 2026 19:56

    Kanadada meşə yanğınlarının genişlənməsinə nə səbəb olub?

    24 İyul 2026 21:40

    Azərbaycan və Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub

    23 İyul 2026 19:36
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.