Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    OPEC+ ölkələri gələn ilin iyununa qədər 4,8 milyon barel hasilatı kompensasiya etməlidirlər

    8 Sentyabr 2025 19:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    OPEC+ ölkələri gələn ilin iyununa qədər 4,8 milyon barel hasilatı kompensasiya etməlidirlər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    OPEC+ ölkələri daha əvvəl elan etdikləri könüllü hasilat məhdudiyyətlərini pozaraq kvotaları aşdıqları üçün 2026-cı ilin iyul ayına qədər gündəlik 4,779 milyon barel artıq hasilatı kompensasiya etməlidirlər.

    AzerVoice xəbər verir ki, bu barədə OPEC-in açıqlamasında bildirilib.

    Yenilənmiş qrafikə əsasən, ümumi öhdəliyin ən böyük hissəsi Qazaxıstanın payına düşür. Ölkə gündə 2,63 milyon barel həcmində hasilatı kompensasiya etməlidir. Bu azalma 2026-cı ilin iyun ayınadək mərhələlərlə həyata keçiriləcək. Əsas yüklənmə isə həmin ilin birinci yarısına təsadüf edir: yanvarda gündə 100 min barel, fevralda 300 min barel, martda 450 min barel, apreldə 490 min barel, mayda 550 min barel, iyunda isə 650 min barel azalma planlaşdırılır. Bu ilin sonunadək isə ölkə hər ay gündə 10–35 min barel arasında hasilatı azaltmalıdır.

    İkinci yerdə İraq qərarlaşıb. O, 2026-cı ilin iyun ayınadək ümumilikdə gündə 1,4 milyon barel hasilatı kompensasiya edəcək. Bu öhdəlik hər ay orta hesabla 122–130 min barel azalma ilə bərabər şəkildə yerinə yetiriləcək.

    Rusiya gündə 311 min barel artıq hasilatı cari ilin sonuna qədər ödəməyi öhdəsinə götürüb. Avqust və sentyabrda gündə 85 min barel, oktyabrda 70 min barel, noyabrda 65 min barel, dekabrda isə 6 min barel azalma planlaşdırılır.

    Birləşmiş Ərəb Əmirlikləri iyun 2026-cı ilə qədər gündə 309 min barel, Oman 2026-cı ilin mart ayına qədər gündə 70 min barel, Küveyt isə cari ayın sonunadək gündə 59 min barel kompensasiya etməlidir.

    Əlcəzair və Səudiyyə Ərəbistanının hasilatı isə müəyyən olunmuş kvotalara tam uyğun gəlir və əlavə kompensasiya öhdəliyi yoxdur.

    #neft #Qazaxıstan #BƏƏ #Rusiya #Səudiyyə Ərəbistanı #Əlcəzair #İraq #OPEC #OPEC+ #Oman #neft hasilatı #OPEC+ ölkələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    31 Avqust 2026 09:36

    Oman banklarında kreditlər depozitləri üstələyib

    30 Avqust 2026 18:33

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    30 Avqust 2026 18:05

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Fransa millisində zədə, Əlcəzairdə kapitanlıq - Ərəb qadın futbolunun ilhamverici hekayəsi

    29 Avqust 2026 17:04

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Əlcəzairin Cicel vilayətində meşələrin 80%-i külə döndü

    29 Avqust 2026 16:39

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.