“QatarEnergy” şirkəti çərşənbə günü Surinam sahillərində yerləşən 9 və 10 nömrəli dəniz bloklarında hasilatın pay bölgüsü üzrə iki yeni müqavilə imzalayıb. Şirkət bu sahələrdə kəşfiyyat hüquqlarını iyun ayında keçirilən tender mərhələsində qazanmışdı. Müqavilələrə əsasən, 9-cu blokda “QatarEnergy” 20% paya sahib olacaq. Blokun operatoru olan “Petronas Suriname” 30%, “Chevron” 20%, Surinamın milli neft şirkəti “Staatsolie”nin törəməsi Paradise Oil isə 30% paya malikdir.
#neft hasilatı
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun üzvü olan 8 ölkə, dekabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib. OPEC tərəfindən verilən açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirib.
QatarEnergy şirkəti İtaliyanın Eni şirkəti ilə “farm-in” sazişini yekunlaşdıraraq, Misir Ərəb Respublikasının sahillərində yerləşən North Rafah dəniz kəşfiyyat blokunda 40 faiz iştirak payı əldə edib. Misir hökuməti tərəfindən yaxın günlərdə təsdiqlənən bu razılaşmaya əsasən, QatarEnergy-nin payı 40 faiz, blokun operatoru olan Eni şirkətinin payı isə 60 faiz olaraq qalacaq. Energetika məsələləri üzrə dövlət naziri, QatarEnergy şirkətinin prezidenti və baş icraçı direktoru Səad Şeridə əl-Kaabi sazişlə bağlı bildirib:
Neft gələcək onilliklərdə də həyati əhəmiyyətini qoruyacaq və OPEC-in proqnozuna görə, 2050-ci ilə qədər ona olan tələbat sutkada 123 milyon barelə çata bilər. Bu artım əsasən qlobal iqtisadi inkişaf və əhali sayının çoxalması ilə əlaqələndirilir. AzerVoice xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qays təşkilatın 65 illiyinə həsr olunmuş məqaləsində yazıb. Əl-Qays bildirib ki, “Gələcəyə baxdıqda, neftin həyati vacibliyini qoruyacağına əminliklə demək olar. OPEC-in “World Oil Outlook 2025” hesabatına görə, 2050-ci ildə neftə tələbat sutkada təxminən 123 milyon barelə çata bilər. Bu, iqtisadiyyatların genişlənməsi və artan əhali fonunda daha çox enerjiyə ehtiyac duyulması ilə bağlıdır. Enerji təhlükəsizliyi isə hələ də hər kəs üçün kritikdir və neft olmadan mümkün deyil.”
OPEC+ ölkələri daha əvvəl elan etdikləri könüllü hasilat məhdudiyyətlərini pozaraq kvotaları aşdıqları üçün 2026-cı ilin iyul ayına qədər gündəlik 4,779 milyon barel artıq hasilatı kompensasiya etməlidirlər. Yenilənmiş qrafikə əsasən, ümumi öhdəliyin ən böyük hissəsi Qazaxıstanın payına düşür. Ölkə gündə 2,63 milyon barel həcmində hasilatı kompensasiya etməlidir. Bu azalma 2026-cı ilin iyun ayınadək mərhələlərlə həyata keçiriləcək. Əsas yüklənmə isə həmin ilin birinci yarısına təsadüf edir: yanvarda gündə 100 min barel, fevralda 300 min barel, martda 450 min barel, apreldə 490 min barel, mayda 550 min barel, iyunda isə 650 min barel azalma planlaşdırılır. Bu ilin sonunadək isə ölkə hər ay gündə 10–35 min barel arasında hasilatı azaltmalıdır.
İyul ayında Türkiyədə ümumi neft hasilatı 4 milyon barel, təbii qaz hasilatı isə 288 milyon kubmetr təşkil edib. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, həm neft, həm də qaz hasilatı fasiləsiz davam etdirilir. Bu dövrdə neft ekvivalenti ilə birlikdə ümumi hasilat 5,7 milyon barelə çatıb.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel təşkil edəcək. 2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrelə başlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyi gözlənilir. 2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barel nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci rüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinci yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel səviyyəsində proqnozlaşdırılır.
2025-ci ildə neftə tələbat artımı 2009-cu ildən bəri ən aşağı səviyyədə olacaq.