Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Azərbaycan İslam Ensiklopediyası
    Azərbaycan İslam Ensiklopediyası

    İslamda Riyaziyyat və Astronomiyanın İnkişafı

    8 İyun 2025 13:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İslamda Riyaziyyat və Astronomiyanın İnkişafı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice Analitik Təhlil Mərkəzi – İslam sivilizasiyasının elm sahəsindəki böyük nailiyyətlərindən biri də riyaziyyat və astronomiya sahəsindəki müstəsna inkişafıdır. Tarixçi Corc Sarton bu sahədə əvəzsiz iz qoymuş Məhəmməd ibn Musa əl-Xarəzmini IX əsrin ən parlaq alimlərindən biri kimi qiymətləndirir. Alqoritm sözü məhz onun adından yaranıb və kompüter texnologiyalarının təməlini təşkil edir.

    Əl-Xarəzmi cəbr elminin banisi hesab olunur. O, riyaziyyatda cəbr və həndəsəni ilk dəfə ayıran alim olmuşdur. Həmçinin bucaq hesablamaları, triqonometrik cədvəllər, həndəsi həll yolları kimi yenilikləri ilə dövrünün elm dünyasına böyük töhfə verib. Avropalı alim Batlı Adelard onun əsərlərini XII əsrdə latın dilinə tərcümə edərək Avropa elminə qazandırmışdır.

    Xarəzminin davamçılarından biri, riyaziyyatçı və astronom Sabit ibn Qürrə, Bağdadda Xəlifə Məmunun akademiyasında fəaliyyət göstərmişdir. O, həndəsə, mexanika, qeyri-rasional ədədlər və diferensial haqqında dəyərli əsərlər yazmış, günəş saatı və astronomiya sahəsində də mühüm yeniliklərə imza atmışdır. Onun tədqiqatları sferik həndəsə, günəş ili və kölgə nəzəriyyəsi ilə əlaqəli olub, latın dilinə də tərcümə edilmişdir. Sabit ibn Qürrənin oğlu Sinan, nəvələri Sabit və İbrahim, eləcə də onların nəslindən gələn Əbül-Fərəc İslam elm dünyasında tanınmış alimlərdən olmuşlar.

    Ay təqviminin ərəb həyatındakı əhəmiyyəti astronomların işlərini daha da aktuallaşdırırdı. Ərəblər ulduzları iyirmi səkkiz qrupa bölərək ayın mövqeyini təyin edir və fəsilləri müəyyənləşdirirdilər. Bu, əkinçilik təqvimi üçün də böyük əhəmiyyət daşıyırdı.

    Əbül-Vəfa əl-Büzcani (940–998) riyaziyyat və astronomiya sahəsində öz dövrünün ən mühüm alimlərindən biri idi. Onun sekans və tangens anlayışlarını inkişaf etdirməsi, triqonometriyanın inkişafına böyük töhfə vermişdir. O, həmçinin Ptolemeyin məşhur əsəri “Əl-Məcəst”in ərəb dilinə yeni tərcüməsini hazırlamışdır.

    Bəni Musa qardaşları isə dünyanın çevrəsini müəyyənləşdirmək, qütb ulduzunun yüksəkliyini ölçmək və bu sahədə triqonometriyadan istifadə edərək elmi nailiyyətlər qazanmışdılar.

    Ömər Xəyyam (1048–1131) həm riyaziyyat, həm də astronomiya sahəsində parlaq alim kimi tanınırdı. O, üçüncü dərəcəli tənliklərin həlli, tənliklərin təsnifatı, konik kəsiklərlə həll yolları kimi mühüm kəşflər etmişdir. Həmçinin günəş təqvimini təkmilləşdirərək təqvim dəqiqliyini artırmış, tərtib etdiyi təqvimdə beş min ildə yalnız bir günlük xəta ehtimalı var idi.

    Əbu Əli əl-Həsən ibn əl-Heysəm (Alhazen) (965–1039) İslam elminin optika sahəsində iftixarı hesab olunur. O, görmənin əşyadan gələn şüalar vasitəsilə baş verdiyini sübut edərək Avropa alimlərinə böyük təsir göstərmişdir. Onun “Kitabül-mənazir” adlı əsəri latın dilinə tərcümə edilmiş və orta əsrlərdə optikanın əsas mənbəyinə çevrilmişdir.

    Nəsirəddin Tusi (1201–1274) monqol istilası dövründə yaşasa da, Hülakü xan tərəfindən himayə olunaraq Marağa rəsədxanasının təsisini idarə etmişdir. O, riyaziyyat, həndəsə və triqonometriya sahəsində dəyərli tədqiqatlar aparmış, dairəvi triqonometriya ilə bağlı mötəbər əsərlər yazmışdır.

    Müsəlman astronomları avropalı alimlər üçün həm cihazların inkişafı, həm də elmi təcrübələrin aparılmasında əvəzedilməz rol oynamışlar. Ərəblərin çarxlı təqvimləri, astrolabları və digər cihazları avropalıların elmi nailiyyətlərinin əsasında dayanırdı.

    İslam alimləri həm tərcüməçilik fəaliyyəti, həm də öz tədqiqatları ilə Avropa elminə təkan verərək insanlığın elm tarixinə böyük töhfələr vermişlər.

    #İslam irsi #İslam tarixi #Müsəlman alimlər #İslam alimləri #Azərbaycan İslam ensiklopediyası #İslam alimləri və elmi tərəqqi #İslam alimləri və peyvəndin tarixi əsası #İslamda riyaziyyat #İslamda astronomiya #Məhəmməd ibn Musa əl-Xarəzmi #Əl-Xarəzmi alqoritm #Sabit ibn Qürrə #Əbül-Vəfa əl-Büzcani #Ömər Xəyyam #İbn Heysəm optika #Nəsirəddin Tusi #Marağa rəsədxanası #İslam elmi mirası #İslam sivilizasiyası və elm #İslam təqvimi #İslam dövründə triqonometriya #İslam Kənd Təsərrüfatı İnqilabı #ərəb alimlərinin nailiyyətləri #orta əsr İslam dünyası #müsəlman alimlərinin Avropaya təsiri #müsəlman alimlərinin kəşfləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı

    28 İyun 2026 09:00

    Mədinədə Ömər ibn Xəttabın adını daşıyan nadir qaya yazısı aşkarlandı

    11 İyun 2026 16:48

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    İstanbulun fəthi xristian dünyasında necə qarşılandı?

    29 May 2026 06:00

    Kəbənin içində nə var və onu örtən Kisvə necə hazırlanır?

    26 May 2026 06:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm

    20 May 2026 18:00

    Sultan Suleyman Qanuniyə Qarşı Üsyan Necə Başladı

    20 May 2026 15:56

    Yəhudilik, Xristianlıq və İslamda QÜDS - bir şəhər, üç fərqli baxış

    17 May 2026 21:00

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02
    XƏBƏR LENTİ

    İraqın "husa" ənənəsi nədir? Qədim folklor irsi bu gün də yaşadılır

    Bu gün Fransa Azadlıq heykəlini ABŞ-yə təqdim etdi

    Tarixdə bu gün - 4 İyul

    Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb

    Meksika – İngiltərə oyununun başlama vaxtı fırtına təhlükəsinə görə dəyişdirilə bilər

    Son tarix yaxınlaşdıqca "EasyJet" səhmləri enişə keçib

    Keyko Fuximori Peru prezidenti seçilib

    İsrail İran nümayəndə heyətinə sui-qəsd planı ilə bağlı xəbərləri təkzib edib

    Rusiyanın hücumları Ukraynanın üç bölgəsində altı nəfərin ölümünə səbəb olub

    "Tesla" robotaksi xidmətini Mayamidə istifadəyə verib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.