Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Azərbaycan İslam Ensiklopediyası
    Azərbaycan İslam Ensiklopediyası

    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm

    20 May 2026 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Azərbaycan İslam Ensiklopediyası

    Müsəlman cəmiyyəti böyüdükcə bilik əldə etmə yolları da genişləndi. Elmi inkişaf və tərəqqi ən yüksək zirvəsinə Abbasilər dövlətində, xüsusilə də Harun ər-Rəşid ilə oğlu və xələfi Məmunun dövründə çatdı. Bu iki xəlifə İslam mədəniyyətinin inkişafına çox böyük töhfə vermişdir. Bu dövrdə müsəlmanlar Quran haqqında və digər dini mövzularda əsərlər yazmağa başladılar. İbn İshaqın yazdığı Həzrət Məhəmmədin bioqrafiyası (daha sonra İbn Hişam tərəfindən yenidən yazılmışdır) İslam dünyasında ən qədim tarix əsəri sayılır. Ondan sonra İbn Əbdülhəkəmin Misirin və qərbdəki bölgələrin fəthindən bəhs edən "Fütuh" əsəri gəlir.

    İlk tərcümə dalğası və "Kəlilə və Dimnə"

    Bir çox dildən ərəb dilinə tərcümə olunan kitabların sayı həmin dövrdə sürətlə artdı. Yunan dilindən ərəb dilinə ilk tərcümələr hələ hicrətdən bir əsr keçmədən Yunan elm və fəlsəfəsinə maraq göstərən Əməvi şahzadələrindən Xalid ibn Yezid ibn Müaviyənin göstərişi ilə olmuşdur.

    İlk böyük tərcümə fəaliyyətini ikinci Abbasi xəlifəsi və Bağdadın qurucusu olan Mənsur həyata keçirmişdir. Xəlifə Mənsur süryani, fars və yunan dillərində yazılmış əsərləri ərəb dilinə tərcümə etdirmişdir. Həmin əsərlərin ən məşhuru İbnül-Müqəffənin sanskritcə orijinalın fars dilinə tərcüməsindən tərcümə etdiyi "Kəlilə və Dimnə" adlı əsərdir. Bu tərcümə farsca və sanskritcə digər nüsxələri itdiyi üçün daha uğurlu oldu. Daha sonra island dili daxil olmaqla digər Asiya və Avropa dillərinə tərcümələrinin mənbəyi həmin ərəb dilindəki mətn oldu.

    Cündişapur və İskəndəriyyə kitabxanası əfsanəsi

    İranın Cündişapur bölgəsindəki kitabxanalar və elmi qurumlar elmin inkişafında xüsusi rol oynadı. Bu qurumların tarixi eramızdan əvvəl III əsrdə İskəndərin qurduğu və daha sonra Misirin hakimi Ptolemeylər sülaləsinin də kitabxana kimi mühafizə etdiyi məşhur İskəndəriyyə kitabxanası ilə birlikdə Roma dövründən başlayır.

    Qərb elm adamları bu kitabxananın müsəlmanlar tərəfindən yox edildiyini söyləyirlər. Halbuki, bu əfsanəni ciddi tarixçilər qüvvədən düşmüş hesab edirlər. Həmin kitabxana iki dəfə yerlə bir edilmişdir:

    Birinci dəfə e.ə. 48-ci ildə Yuli Sezar dağıtmış, daha sonra yenidən inşa edilmiş və içi doldurulmuşdur.

    İkinci yanğın isə 389-cu ildə xristian imperator Feodosi dövründə baş vermişdir.

    Bu yanğınlar əsnasında bir çox mühüm yunan əsəri də yox olmuş, lakin bəziləri qurtarılmışdır. Nəsturilər xilas edilmiş az sayda əsəri digər kitablarla birlikdə mühafizə etmişdilər. Qorunmuş bu kitablar nəticədə Cündişapura çatmışdır.

    Başqa bir xristian imperator olan Yustinian Afinada və İskəndəriyyədəki fəlsəfə məktəblərini bağladığı üçün oradakı nəsturilər əvvəlcə Suriyaya, oradan da İrana getmişdilər. Orada müsbət qarşılanmış və Cündişapurda məskunlaşmışdılar. Müsəlmanlar İranı fəth etdikləri zaman elmə olan hörmətlərinə görə nəsturiləri və Cündişapur kitabxanalarındakı əsərləri qorumuşdular. Bunun əvəzində nəsturilər də yunanca əsərlərin ərəb dilinə tərcümə edilməsinə töhfə verərək müsəlmanlara kömək etdilər.

    Səlib yürüşləri və yunan irsinin xilası

    Bəzi yunan əsərlərinin Cündişapur və İslam dünyasının başqa bölgələrində olması onların qorunub saxlanılmasında mühüm bir amil olmuşdur. Çünki növbəti əsrlərdə İstanbulda kitab məhvetmə prosesi davam etmişdir. Asimova görə, ora "dünyada yunan ədəbiyyatının bütün mövcudiyyətinin olduğu son yer idi".

    Asimov Venesiya hersoqu Enriko Donaldonun IV Səlib yürüşlərinin istiqamətini necə İstanbulun talan edilməsinə yönəltdiyini qeyd edir. Səlib qarətləri zamanı bütün yunan əsərləri məhv edilmişdi. Yunan əsərlərinin ərəb dilində tərcümələri Latın Avropaya çatmış, beləliklə, yalnız Aristotelə deyil, yunan mətnlərinə də yenidən maraq yaranmışdı.

    Qərbin yanlış təsəvvürləri və tarixi faktlar

    Digər tərəfdən Qərb alimləri arasında geniş yayılmış, düzəldilməsi zəruri olan iki yanlış təsəvvür vardır:

    Birincisi: Müsəlmanların yunan elminin varisi olmasının, sanki hər şeyi Qərbdən öyrəndiklərinin bir göstəricisi kimi təqdim edilməsi;

    İkincisi: Ərəb dilinə tərcümə edilən mətnlərin orijinal yunan dilindən olmadığı iddiasıdır.

    Halbuki bu tərcümələrin həyata keçirildiyi dövrdə hələ haqqında danışmağa dəyər bir Qərb yox idi. Roberts haqlı olaraq "Klassik yunan mədəniyyəti" anlayışının yunanlardan sonrakı dövrlərin məhsulu olduğunu deyir. Xocsonun bildirdiyi kimi, Qərb əsrlər sonra "retroaktiv" şəkildə Yunan tarixinə sahib çıxmışdır. Süryani və fars dili kimi yunan "mədəni ünsürləri" müsəlman əhalinin çoxunun atadanqalma ənənələrini meydana gətirmişdir.

    Uilyam MakNeil "Qədim Yunanıstan"ın bildiklərinin çoxunu Şərqdən öyrəndiyini qeyd edir. Yunan fəlsəfəsinin qurucusu Miletli Fales sayəsində Şərqə aid düşüncələr "ellinizmə nüfuz etmişdir". Roberts bir alman aliminin Yeni Əflatunçu fəlsəfə meydana çıxdığı zaman Hindistanın Buddist kralı Aşokanın Makedoniya, Kipr və Misirə missionerlər göndərməsi haqqında məlumat verdiyini qeyd edir.

    Tərcümələrin dəqiqliyi: Hüneyn ibn İshaq fenoməni

    Qərb alimlərinin bir digər iddiası isə müsəlmanların yalnız yunan əsərlərinin süryani dilindəki "dəyərsiz" tərcümələrini əldə etdikləridir. Bəni Musa qardaşlarının cəhdləri, yunanca orijinalından daha doğru tərcümə edilməsini təmin etmişdir.

    Nəsturi bir həkim olan Hüneyn ibn İshaqa yunanca əlyazmaları toplamaq və tərcümə etmək həvalə olunmuşdur. İshaq bununla kifayətlənməmiş, əldə etdiyi dəyərli yunan dilindəki əlyazmaları oxuyaraq süryani və ərəbcə tərcümələri ilə müqayisə etmiş və daha sonra bu əsərləri həssaslıqla tərcümə etmişdir. Kantor əsrlər sonra ərəb dilindən latın dilinə tərcümə olunan həmin əsərlər haqqında "son versiyaların orijinala uyğunluğu heyrətvericidir" deyir.

    #İslam irsi #Abbasilər #İslam elminin tarixi #Abbasilər dövründə elm #Harun ər-Rəşid və Məmun #İslamda elmi tərəqqi #ərəb dilinə tərcümələr #İbn İshaq və İbn Hişam #Kəlilə və Dimnə əsəri #Cündişapur kitabxanası #İskəndəriyyə kitabxanası tarixi #Nəsturilər və tərcümə fəaliyyəti #Hüneyn ibn İshaq tərcümələri #Bəni Musa qardaşları #Harun ər-Rəşid dövrü elmi #Yuli Sezar və İstanbulun talanması #Ərəb dilindən latıncaya tərcümələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    Dahi səyyah İbn Battuta xatirələrində erməni saxtakarlığı haqqında nələr deyir?

    18 May 2026 10:29

    Öldürülərək cəsədi Dəcləyə atılan Abbasilər dövlətinin qurucusu və tarixin sirli qəhrəmanı Əbu Müslim Xorasani kimdir?

    10 May 2026 16:21

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02

    Sasani İmperiyasından bu günə - Farsların ərəb mədəniyyətinə qarşı "Yumşaq Güc" mübarizəsi

    3 May 2026 18:00

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Uhud döyüşü haqqında nə bilirik?

    26 Aprel 2026 10:53

    Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

    19 Aprel 2026 13:03

    İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi

    5 Aprel 2026 19:00
    XƏBƏR LENTİ

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Pakistan Xarici İşlər Nazirliyi: İran gərginliyin azaldılmasına yardım istəyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.