Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rusiyanın hücumları Ukraynanın üç bölgəsində altı nəfərin ölümünə səbəb olub

    3 İyul 2026 22:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiyanın hücumları Ukraynanın üç bölgəsində altı nəfərin ölümünə səbəb olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində azı altı nəfər həlak olub, onlarla insan yaralanıb.

    VOA xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına əsasən, cümə günü Rusiyanın pilotsuz uçuş aparatları, artilleriya və aviasiya vasitəsilə həyata keçirdiyi hücumlar ölkənin üç bölgəsində insan tələfatına səbəb olub.

    Dnepropetrovsk vilayətində 50-dən çox zərbə endirilib. Hücumlar nəticəsində üç nəfər həyatını itirib. Ölənlərdən ikisi Dnepr çayının qarşı sahilində, Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığındakı Nikopol şəhərində həlak olub.

    Zaporojye şəhərinə endirilən zərbə nəticəsində daha iki nəfər ölüb, 17 nəfər isə yaralanıb. Bu barədə vilayət rəhbəri İvan Fedorov məlumat verib.

    Sumı şəhərində isə Rusiyanın idarəolunan aviasiya bombaları ilə həyata keçirdiyi hücum nəticəsində bir nəfər ölüb. Vilayət rəhbəri Oleq Hrihorov bildirib ki, Rusiya qüvvələri bölgədə təhlükəsizlik zolağı yaratmağa çalışır.

    Bundan əvvəl prokurorluq Sumı vilayətinin şimalında yaşayış evinə pilotsuz uçuş aparatı ilə gecə saatlarında edilən hücum nəticəsində dörd nəfərin öldüyünü açıqlamışdı.

    Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

    Bu arada, Kiyevdə bir gün əvvəl paytaxta endirilən və azı 30 nəfərin ölümü ilə nəticələnən raket və pilotsuz uçuş aparatı hücumunun qurbanlarının xatirəsinə matəm günü elan olunub.

    #Rusiya #Ukrayna #Kiyev #hava hücumu #müharibə #Dnepropetrovsk #Zaporojye #Sumı #Nikopol
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    25 Avqust 2026 21:22

    Müharibənin başa çatması və birliyin qorunması əsas məqsədimizdir - Məsud Pezeşkian

    25 Avqust 2026 21:16

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    25 Avqust 2026 14:49

    İsrail qüvvələri Qəzzada məscidi və su təmizləmə qurğusunu vurub

    24 Avqust 2026 19:03

    Britaniyanın yeni baş naziri Rusiyaya müraciət etdi

    24 Avqust 2026 16:51

    Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

    24 Avqust 2026 14:23

    Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

    24 Avqust 2026 13:45

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    22 Avqust 2026 11:27

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Heç bir halda təzyiq qarşısında boyun əyməyəcəyik - Məsud Pezeşkian

    21 Avqust 2026 18:46
    XƏBƏR LENTİ

    Mansur Yavaş CHP-də siyasətə davam edəcək

    Ferrari BƏƏ-də qadınlar üçün yarış keçirəcək

    İslam dəyərləri və ictimai həmrəylik BƏƏ-nin inkişaf yolunun təməlidir - Şeyxa Fatimə bint Mübarək

    Özbəkistan Prezident Administrasiyasının rəhbəri Ərəb Media Sammiti 2026-nın əsas məruzəçisidir

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb

    Qalibaf ABŞ maliyyə nazirini ələ saldı

    Kayseridə 4,1 maqnitudalı zəlzələ baş verib

    İran və Oman Hörmüzlə bağlı razılaşma üzərində işləyir

    Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.