#Kəlilə və Dimnə əsəri

Müsəlman cəmiyyəti böyüdükcə bilik əldə etmə yolları da genişləndi. Elmi inkişaf və tərəqqi ən yüksək zirvəsinə Abbasilər dövlətində, xüsusilə də Harun ər-Rəşid ilə oğlu və xələfi Məmunun dövründə çatdı. Bu iki xəlifə İslam mədəniyyətinin inkişafına çox böyük töhfə vermişdir. Bu dövrdə müsəlmanlar Quran haqqında və digər dini mövzularda əsərlər yazmağa başladılar. İbn İshaqın yazdığı Həzrət Məhəmmədin bioqrafiyası (daha sonra İbn Hişam tərəfindən yenidən yazılmışdır) İslam dünyasında ən qədim tarix əsəri sayılır. Ondan sonra İbn Əbdülhəkəmin Misirin və qərbdəki bölgələrin fəthindən bəhs edən "Fütuh" əsəri gəlir.