VOA analitika: Geosiyasi təhlillər

Çin son illərdə dünya iqtisadiyyatının strateji sahələrində – xüsusilə neft daşımaları və nadir torpaq metallarının emalı üzrə – mövqeyini gücləndirərək qlobal təchizat zəncirlərində həlledici rol oynayan ölkəyə çevrilib. Enerji və yüksək texnologiya sənayesində baş verən dəyişikliklər Pekinin iqtisadi gücünü yalnız istehsalçı deyil, həm də istiqamətverici aktor kimi formalaşdırır.

ABŞ-də evangelist dini dairələrlə siyasi hakimiyyət arasında formalaşan yeni münasibət modeli Yaxın Şərqdəki müharibə proseslərinə təsir edən əsas amillərdən birinə çevrilib. Xüsusilə 2026-cı ildə İran ətrafında baş verən hadisələr Vaşinqtonda dini-messiançı yanaşmanın xarici siyasət qərarlarında daha açıq şəkildə hiss olunmağa başladığını göstərir.

2026-cı il martın 1-də ABŞ-a məxsus 4 ədəd Nortrop-Qrumman B-2 ‘Ruh’ gizli strateji bombardmançı təyyarəsi İran ərazisindəki dağaltı raket obyektlərini vurmaq üçün havaya qalxdı. “Epik Qəzəb” adlı əməliyyatın ilk mərhələsində istifadə edilən bu təyyarələr dünyanın ən bahalı hərbi hava platformalarından biri hesab olunur. Bir ədədinin qiyməti 2 milyard dollardan çoxdur.

Təxminən səkkiz onillik ərzində Şimali Koreya hakimiyyətin ata xətti ilə ötürülməsinin sərt və dəyişməz modelinə sadiq qalıb. Mütləq hakimiyyət atadan oğula keçərək kişilərin üstünlük təşkil etdiyi, dəyişdirilməsi qeyri-mümkün görünən ənənəvi bir iyerarxiyanı möhkəmləndirib. Lakin Kim Çen Inın yeniyetmə qızı Kim Çu Enin görünməmiş şəkildə ictimaiyyət qarşısına çıxması bu sistemin sarsılması ehtimalına qapı açır. 2026-cı ilin əvvəlində rəsmi media onu partiya və ordunun yüksək rütbəli rəsmilərinin hüzurunda snayper tüfəngindən atəş açarkən nümayiş etdirdi, ardınca isə martın 19-da taktiki təlim zamanı yeni döyüş tankını idarə edərkən göstərdi.

Trampın bu paylaşımı Çin səfərindən qayıtdıqdan dərhal sonraya təsadüf edir. Hazırda dünya Vaşinqtonun fevralın 28-də İsrail ilə birlikdə İrana qarşı başlatdığı müharibədə növbəti addımının nə olacağını maraqla gözləyir. ABŞ mediası Trampın Pekin səfəri zamanı "heç bir nəzərəçarpan irəliləyiş" əldə edə bilmədiyini yazsa da, prezident çinli həmkarı Si Cinpinin Tehranın Hörmüz boğazını yenidən açmalı olduğu fikri ilə razılaşdığını bildirib. Lakin Çin tərəfi bu məsələyə müdaxilə edəcəyinə dair hələlik heç bir rəsmi işarə verməyib.

Qlobal maliyyə sistemində son illər müşahidə olunan dəyişikliklər beynəlxalq iqtisadi münasibətlərdə yeni mərhələnin başlanmasından xəbər verir. Xüsusilə Çin milli valyutası olan yuanın beynəlxalq ehtiyatlarda və ticarət əməliyyatlarında daha geniş istifadə olunması artıq təkcə iqtisadi məsələ deyil, həm də geosiyasi transformasiyanın əlaməti kimi qiymətləndirilir.

ABŞ-ın paytaxtı Vaşinqtonda bu gün Livan və İsrail arasında yeni danışıqlar raundu keçirilir. ABŞ vasitəçiliyi ilə baş tutan görüşlər İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan cəmi bir gün sonraya təsadüf edir. Son hücumlar nəticəsində azı 22 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. İsrail ordusunun endirdiyi zərbələr Livanın cənubundakı yaşayış məntəqələrini, avtomobilləri və Beyrutla ölkənin cənubunu birləşdirən sahil yolunu hədəfə alıb. Gərginliyin artması ötən ilin aprel ayında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq baş verir. İsrail ordusu bildirib ki, əməliyyatlar zamanı “Hizbullaha məxsus silah anbarları, raket qurğuları və hərbi infrastruktur” vurulub. Buna cavab olaraq Hizbullah İsrail qüvvələrinin Həddəta yaşayış məntəqəsi istiqamətində irəliləməsinin qarşısını aldıqlarını, həmçinin İsrail hərbi mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıb.

Çinin Afrika ölkələri üçün tətbiq etdiyi “sıfır gömrük” siyasəti qlobal iqtisadiyyatda yeni müzakirələr yaradıb. Pekin 2026-cı il mayın 1-dən etibarən diplomatik münasibətlər saxladığı 53 Afrika ölkəsindən idxal olunan məhsullara tam gömrük rüsumunun ləğvini tətbiq etməyə başlayıb. Yeni qərar Afrika ölkələrinə dünyanın ən böyük bazarlarından birinə rüsumsuz çıxış imkanı versə də, bunun Pekinin qitədə iqtisadi və geosiyasi təsirini daha da gücləndirəcəyi barədə narahatlıqlar da artır.