Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    NATO - nun qarşısında hansı maneələr var? Problem sadəcə maliyyə deyil

    10 İyul 2026 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    NATO - nun qarşısında hansı maneələr var? Problem sadəcə maliyyə deyil
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    NATO-nun müdafiə imkanlarını gücləndirmək planları yalnız müdafiə xərclərinin artırılması ilə məhdudlaşmır. Alyans ölkələri həm müdafiə sənayesinin istehsal gücü, həm də yüksək dəqiqlikli Amerika silahlarının tədarükü ilə bağlı ciddi çətinliklərlə üzləşirlər.

    Son illərdə Ukraynadakı müharibə, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları, eləcə də Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan gərginlik NATO-nun təhlükəsizlik gündəmini dəyişdirib. Alyans artıq yalnız sursat çatışmazlığı deyil, həm də müdafiə xərclərinin artırılması, hərbi sənayenin inkişafı və təchizat zəncirlərinin dayanıqlığını əsas prioritetlər sırasında qiymətləndirir.

    Ötən il Niderlandın Haaqa şəhərində keçirilən NATO sammitində üzv dövlətlər 2035-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizi səviyyəsinə çatdırmaq barədə razılığa gəliblər. Bu hədəf aşağıdakı istiqamətlər üzrə bölünüb:

    ÜDM-in 3,5 faizi birbaşa müdafiə xərclərinə;
    ÜDM-in 1,5 faizi isə kritik infrastrukturun qorunması, kibertəhlükəsizlik və müdafiə sənayesinin inkişafına yönəldiləcək.

    Bununla belə, hazırda yalnız Latviya, Polşa və Litva ümumi daxili məhsullarının 3,5 faizindən çoxunu müdafiəyə ayıran ölkələr sırasındadır.

    Buna baxmayaraq, NATO daxilində ümumi mənzərə əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Əgər 2022-ci ildə cəmi yeddi üzv dövlət ÜDM-in ən azı 2 faizini müdafiəyə yönəldirdisə, hazırda alyansın bütün üzvləri bu minimum göstəriciyə çatıb.

    2026-cı il üzrə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu tərəfindən dərc olunan hesabata əsasən, dünyada hərbi xərclərin ümumi həcmi 2,9 trilyon dollara yüksəlib. Bunun 1,6 trilyon dolları və ya təxminən 55 faizi NATO ölkələrinin payına düşür.

    Müdafiə xərclərinə görə ABŞ 838 milyard dollarla liderliyini qoruyur. Avropa ölkələri arasında isə Almaniya 105 milyard, Böyük Britaniya 80 milyard, Fransa 65 milyard, İtaliya 47 milyard, Kanada isə 44 milyard dollar müdafiə büdcəsi ilə seçilir.

    Ekspertlərin fikrincə, müdafiə büdcələrinin artırılması təkbaşına problemi həll etmir. NATO ölkələrinin qarşısında duran əsas çağırışlardan biri hərbi sənaye müəssisələrinin artan sifarişləri vaxtında yerinə yetirmək imkanlarının məhdud olmasıdır.

    ABŞ-ın İranla bağlı hərbi əməliyyatlar fonunda strateji sursat və yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini istifadə etməsi də vəziyyəti daha da mürəkkəbləşdirib. Vaşinqton müdafiə sənayesini faktiki olaraq hərbi istehsal rejiminə keçirərək ötən il 10 mindən çox şirkəti müdafiə istehsalına cəlb etsə də, strateji ehtiyatların əvvəlki səviyyəyə qaytarılmasının təxminən üç il çəkəcəyi bildirilir.

    Bu vəziyyət Avropa ölkələri üçün əlavə risk yaradır. Belə ki, Avropanın idxal etdiyi silahların təxminən 58 faizi ABŞ istehsalıdır. ABŞ-ın öz ehtiyaclarının artması Avropa müttəfiqlərinin silah və sursat əldə etməsini daha da çətinləşdirə bilər.

    Beləliklə, NATO qarşıdakı illərdə yalnız müdafiə büdcələrinin artırılması deyil, həm də hərbi sənayenin istehsal gücünün genişləndirilməsi, təchizat zəncirlərinin möhkəmləndirilməsi və silah tədarükünün davamlılığının təmin edilməsi kimi strateji vəzifələri həll etməli olacaq.

    #NATO müdafiə xərcləri #NATO müdafiə planları #NATO hərbi büdcəsi #NATO 5 faiz müdafiə hədəfi #NATO sammiti müdafiə qərarları #NATO 2035 müdafiə planı #Alyansın təhlükəsizlik strategiyası #NATO hərbi imkanlarının gücləndirilməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    Leyboristlər müsəlman seçicilərin etimadını niyə itirir?

    29 Avqust 2026 09:00

    Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik

    29 Avqust 2026 00:03

    İsrail İordan çayının qərb sahilini necə dəyişdirir?

    28 Avqust 2026 09:00

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    27 Avqust 2026 21:25

    Səudiyyə Ərəbistanı müsəlman ölkələri Fələstinə dəstək olmağa çağırıb

    27 Avqust 2026 17:15

    İran rejiminingələcək ssenariləri - Məzhəbçilik, silahlı qruplar və qapalı ideologiya

    27 Avqust 2026 10:11

    Suriyanın terroru dəstəkləyən ölkələr siyahısından çıxarılması ölkə iqtisadiyyatına necə təsir edəcək?

    26 Avqust 2026 09:00

    Nikson və Kissincerin günahı - Amerika taxtını təhdid edən nəhəng qüvvəni necə azad etdi?

    26 Avqust 2026 06:00

    Yəməndə qanuni hökumət husilərin media təbliğatına son qoyur

    25 Avqust 2026 19:07

    SpaceX-in dəyəri ilə qazancı arasındakı ziddiyyət nəyi göstərir?

    24 Avqust 2026 09:00

    Ərdoğan-Tramp görüşündən əvvəl 6 sual

    7 İyul 2026 09:00
    XƏBƏR LENTİ

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.