Böyük Britaniyada yeni hökumətin iqtisadi siyasəti fonunda dövlətin iqtisadiyyatda rolunun artırılması və strateji sahələrdə milliləşdirmə məsələsi yenidən gündəmə gəlib. “British Steel” şirkətinin dövlət mülkiyyətinə qaytarılmasından sonra diqqətlər su, nəqliyyat və digər ictimai xidmət sahələrində fəaliyyət göstərən şirkətlərə yönəlib.
VOA analitika: Geosiyasi təhlillər
Türkiyənin Somali siyasəti son illərdə yalnız hərbi əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda təhlükəsizlik, enerji, ticarət və kosmik texnologiyalar istiqamətində genişmiqyaslı strateji yanaşma kimi formalaşıb. Türkiyə Böyük Millət Məclisinin Somali ərazisində fəaliyyət göstərən türk hərbi kontingentinin missiya müddətinin daha iki il uzadılmasını təsdiqləməsi Ankara ilə Mogadişu arasındakı əməkdaşlığın davam etdiyini göstərir.
Nyu-York şəhərinin meri Zohran Mamdani bu həftə bildirdi ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın en böyük şəhərinə səfər edəcəyi təqdirdə, hərbi cinayətlər ittihamı ilə onu həbs etmək üçün hüquqi səlahiyyətlərə malik deyil. Qeyd edək ki, Mamdani bundan əvvəl belə bir addımın atılması imkanlarını araşdırdığını bəyan etmişdi.
Dünyanın aparıcı elm mərkəzlərindən biri hesab olunan ABŞ son illərdə elmi liderliyinin gələcəyi ilə bağlı artan suallarla üzləşib. Nobel mükafatçısı, kimya üzrə alim Ömər Yaginin ABŞ-dakı vəzifəsini tərk edərək Çinin paytaxtı Pekində yerləşən Tsinghua Universitetinə keçməsi qlobal elmi rəqabətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Türkiyədə "Terrorsuz Türkiyə" vizyonunun reallaşmasının ölkə iqtisadiyyatında strateji dönüşə səbəb ola biləcəyi bildirilir. İqtisadçılar hesab edirlər ki, təhlükəsizlik risklərinin azalması dövlət xərclərinin strukturunu dəyişdirərək investisiya, istehsal, məşğulluq və ixracın artmasına əlverişli şərait yarada bilər.
XXI əsrin ən mühüm geosiyasi proseslərindən biri Çinin qlobal güc kimi yüksəlişi və bu yüksəliş fonunda ABŞ ilə formalaşan strateji rəqabətdir. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Pekinin iqtisadi, texnoloji və hərbi imkanlarının artması dünya nizamının gələcəyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Yaxın Şərqdə ABŞ ilə İran arasında artan gərginlik hərbi qarşıdurmadan kənara çıxaraq enerji marşrutları və strateji boğazlar üzərində geosiyasi rəqabəti yeni mərhələyə daşıyıb. Analitiklər hesab edirlər ki, Vaşinqton İranın Hörmüz boğazı üzərindəki təsir imkanlarını zəiflətmək üçün alternativ ixrac marşrutları formalaşdırmağa çalışır.
Böyük dövlətlərin müttəfiqlərinə ixrac etdiyi silah sistemlərinin istehsalçı ölkələrin öz ordularında istifadə etdiyi versiyalarla eyni olub-olmaması uzun illərdir hərbi ekspertlərin müzakirə etdiyi əsas mövzulardan biridir. Analitiklər hesab edirlər ki, müxtəlif münaqişələrdə Rusiya və Çin istehsalı silahların göstərdiyi nəticələri qiymətləndirərkən təkcə texniki göstəricilərə deyil, həmin silahların hansı versiyada təqdim olunmasına, hansı hərbi doktrina çərçivəsində istifadə edilməsinə və necə idarə olunmasına da diqqət yetirilməlidir.
İran və ABŞ arasında qarşıdurmanın yenidən kəskinləşməsi fonunda strateji diqqət nüvə proqramından Hörmüz boğazına yönəlib. Hazırkı mərhələdə əsas sual İranın uranı zənginləşdirib-zənginləşdirməyəcəyi deyil, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün təhlükəsiz və fasiləsiz açıq qalıb-qalmayacağıdır. Münaqişənin əvvəlki mərhələsində diplomatik səylər İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, beynəlxalq yoxlamalar, sanksiyaların yumşaldılması və Tehranın yeni məhdudiyyətləri qəbul edib-etməməsi ətrafında cəmləşirdi. Lakin hərbi əməliyyatların yenidən başlaması ilə strateji ağırlıq mərkəzi dəyişərək Hörmüz boğazına keçib.
Prezident Əbdülfəttah əs-Sisinin Misirdə geniş şəkildə “Oktagon” (Səkkizbucaqlı) kimi tanınan yeni Strateji Komandanlıq Qərargahının açılışını etməsi, Misir dövlətinin yaxın keçmişindəki iğtişaşlardan çıxardığı bəzi dərslərin xülasəsidir. Bu addım həmçinin ölkənin dəyişkən regional mühitlə, alətləri və qaydaları sürətlə yenilənən müasir müharibələrlə mübarizə strategiyasındakı rəsmi transformasiyanı əks etdirir.
İyirmi il ərzində İslam Respublikası öz gücünü Tehrandan idarə edə bildiyi ərəb paytaxtlarının sayı ilə ölçürdü: Bağdad, Dəməşq, Beyrut və Sana. İlk olaraq Dəməşq süqut etdi və bununla İranın dünyaya elan etdiyi şiə dünyası ilə quru körpüsü uçdu. Sonra, iyun ayının son həftəsində, yerdə qalan üç paytaxtdan ikisi İrana öz nüfuzunu qazandıran milislərə qarşı üsyan etdi. Bu, Amerikanın və ya İsrailin zərbəsi ilə deyil, hər iki ölkədə dövlətin rəsmi qərarı ilə baş verdi.
Bu təhlil İraqda silahlı qruplaşmaların tərksilah edilməsi problemini hazırkı siyasi və təhlükəsizlik mənzərəsinin ən həssas dosyelərindən biri kimi nəzərdən keçirir. Mövzunun əhəmiyyəti təkcə birbaşa təhlükəsizlik ölçüsü ilə məhdudlaşmır. Bu məsələ birbaşa dövlətin öz təbiətinə uzanır. Söhbət İraq dövlətinin güc alətlərini inhisara almaq, qanunun aliliyini möhkəmləndirmək və rəsmi təsisatlarla silahlı birləşmələr arasındakı münasibətləri yenidən nizamlamaq qabiliyyətindən gedir.