Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Müsəlman Qardaşlar Türkiyə-Misir yaxınlaşması haqqında nə düşünür

    16 Sentyabr 2024 16:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Müsəlman Qardaşlar Türkiyə-Misir yaxınlaşması haqqında nə düşünür
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Misirdəki Müsəlman Qardaşları (İxvan) təşkilatının Siyasi Bürosunun rəhbəri Dr. Helmi Əl-Qazzar Misir prezidenti Abdülfəttah əs-Sisinin Ankaraya səfərindən sonra Türkiyə ilə Misir arasında rəsmi yaxınlaşmanın başlamasını alqışlayıb.

    Mövzu ilə bağlı BBC Arabic-ə verdiyi açıqlamada Dr. Qazzar, “Misir və Türkiyə kimi iki mühüm dövlətin yaxınlaşması hər iki ölkə xalqının xeyrinədir. Misir rejimi ilə siyasi fikir ayrılığımıza baxmayaraq, biz bu məsələ ilə bağlı ilk addımlardan etibarən bu yaxınlaşmanı dəstəkləmişik", - deyə qeyd edib.

    Ankara ilə Qahirənin yaxınlaşması dövründə Müsəlman Qardaşlarının Türkiyədə məhdudiyyətlərə məruz qalması ilə bağlı şayiələri təkzib edən Dr. Qazzar, "Öhəmiyyətli bir ölkə olan Türkiyə, mənəvi və insani vəzifəsi əsasında siyasi liderlik rolunun fərqindədir",- deyə bildirib.

    Türkiyənin qapılarını təkcə misirlilərə deyil, bütün məzlum insanlara açdığını vurğulayan Dr. Qazzar “Türkiyə eyni şəkildə uyğurları, çeçenləri və Serbiya ilə müharibə zamanı Bosniya və Herseqovina müsəlmanlarına da ev sahibliyi edib. Ona görə də bütün məzlumlara dəstək olan türk xalqının bu davranışını qəribə qarşılamağa ehtiyac yoxdur”,- deyə əlavə edib.

    Təhlükəsizliklə bağlı atılan addımlar və təzyiqlər nəticə vermədi

    Misirdəki vəziyyətin təkcə Müsəlman Qardaşları və Misir rejimi ilə məhdudlaşmadığını həmçinin ölkə daxilində və xaricində bütün partiyaları əhatə edəcək siyasi bir həll yolu axtardıqlarını söyləyən Dr.Qəzzar "Çünki təhlükəsizliklə bağlı atılan addımlar və təzyiqlər nəticə vermədi", -deyə əlavə edib.

    Digər tərəfdən, Müsəlman Qardaşlarının lideri qütbləşməyə və sosial parçalanmaya gətirib çıxaracaq iqtidar mübarizəsi arxasınca qaçmadıqlarını da deyib.

    Dr. Qəzzar həmçinin Misir qüvvələrinin ölkənin içində olduğu problemlərlə üzləşmək üçün birləşəcəyinə, məntiqin üstün gələcəyinə və onun fikrincə, tarixən uğursuz olan təhlükəsizliklə bağlı mövcud yanaşmalara son qoyulacağına ümid etdiyini bildirib.

    Müsəlman Qardaşlar təşkilatı daxilindəki fikir ayrılığının sadəcə inzibati, idarəetmə qaydaların şərh edilməsi ilə bağlı bir fikir ayrılığı olduğunu və bu vəziyyətin aradan qalxdığını söyləyən Dr. Qazzar ,“Filan və ya filan qrup arasında həqiqi mənada bir rəqabət yoxdur. Onların heç biri prinsip və yanaşma baxımından fərqlənmir. Bu da İslamın düzgün yanaşmasıdır”,-deyə qeyd edib.

    Bu, siyasətdən geri çəkilmək sayılmır

    Müsəlman Qardaşlarının hakimiyyət uğrunda mübarizə aparmayacağını bildirən Dr. Qazzar "Lakin bu, siyasətdən tamamilə geri çəkilmək mənasına gəlmir", -deyə əlavə edib.

    Siyasi fəaliyyətin təşkilati qaydaların bir hissəsi olduğunu vurğulayan Dr. Qəzzar “Çünki bu, Müsəlman Qardaşları və Əl-Əzhərin anladığı halı ilə İslamın bir hissəsidir”, -deyə əlavə edib.

    Dr. Qazzar, həmçinin mərhum prezident Məhəmməd Mursiyə qarşı çevriliş zamanı Misir qüvvələri tərəfindən dağıdılan Rabaa meydanındaki oturaq aksiyaların tam şəkildə dinc həyata keçirildiyini, bunun silahlı nümayiş olması ilə bağlı deyilənlərin sadəcə böhtan və qara təbliğatdan başqa bir şey olmadığını da vurğulayıb.

    Dr. Qəzzar əlavə edib ki, Müsəlman Qardaşlar xarici işğalçılardan başqa heç vaxt silaha sarılmayıb. O həmçinin Misirin zorakılığa və qana ehtiyacı olmadığını və istisnai məhkəmələrin ədaləti təmin edə bilməyəcəyini də əlavə edib.

    O, bəyanatının sonunda “Müsəlman Qardaşlar”ın yaranmasının 100-cü ildönümü münasibəti ilə təşkilat bir konfrans keçirərək, özünü nəzərdən keçirəcəyini və buraxdığı səhvləri varsa onları açıqlayacağını deyib.

    O, Türkiyə hökumətinə təşəkkür edib

    Dr. Qazzar 2013-cü il hadisələrindən və mərhum prezident Məhəmməd Mursinin devrilməsindən sonra "Müsəlman Qardaşlar"ın üzvlərinə etdiyi ev sahibliyinə görə Türkiyə hökumətinə təşəkkür edib.

    Türkiyədə Müsəlman Qardaşlar üzvlərinin heç bir təzyiqə məruz qalmadığını vurğulayan Dr. Qazzar “Ədliyyə orqanlarına gedən bəzi məhkəmə işlərində sənədlərlə bağlı yaranan inzibati vəziyyət istisna olmaqla, “Müsəlman Qardaşlar” üzvlərinə verilən vətəndaşlıqlar qanuni olaraq ləğv edilməyib. Həmin şəxslər də çatışmayan sənədlərini bərpa etdikdən sonra vətəndaşlıqlarını geri ala biliblər”,- deyə bildirib.

    Digər tərəfdən Müsəlman Qardaşlarına yaxın bəzi sosial media hesabları prezident Rəcəb Tayyib Ərdoğanın Misirə səfərindən ardınca türk vətəndaşlığı aldıqdan sonra şərtlərə riayət etmədikləri müəyyən edilən İstanbuldaki bəzi yüksək səviyyəli təşkilat üzvlərinin vətəndaşlıqdan çıxarılmasına qərar verildiyini iddia edib.

    Türkiyədə olduqları üçün özlərini güvəndə hiss etdiklərini deyən Dr. Qazzar, “Türkiyə rəsmiləri heç bir narahatedici açıqlama verməyib və Türkiyə bəzilərinin düşündüyü kimi banan ölkəsi deyil, bir hüquq ölkəsidir. Buna görə də Türkiyədə səlahiyyətli şəxslər qanuni olaraq buna layiq olanlara vətəndaşlıq verilməsinə hörmətlə yanaşırlar”, - deyə o bildirib.

    Dr. Qazzar həmçinin təşkilatın Misir rejiminə “ölkədə siyasi məhbusların azad edilməsi müqabilində siyasi fəaliyyətdən əl çəkməyi” təklif etdiyi barədə xəbərləri təkzib edib.

    Müsəlman Qardaşlar Türkiyə-Misir yaxınlaşması haqqında nə düşünür
    #Türkiyə #Misir #“Müsəlman Qardaşlar” təşkilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakan Fidan Küveytin xarici işlər naziri ilə regional vəziyyəti müzakirə edib

    3 Avqust 2026 16:49

    Netanyahu şəbəkəsi sülhü dəstəkləyənləri sabotaj edir - Ömər Çelik

    3 Avqust 2026 15:38

    Türkiyə və İraq arasında mühüm razılaşma əldə olundu

    1 Avqust 2026 17:10

    FETÖ ilə mübarizə milli vəzifədir - Ömər Çelik

    1 Avqust 2026 14:57

    Əhməd Davudoğlu önəmli fiqurdur amma...

    1 Avqust 2026 13:14

    Ərdoğana sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı

    1 Avqust 2026 10:57

    KAAN layihəsində növbəti uğur əldə olunub

    31 İyul 2026 15:10

    Xalqımız İsraillə müharibədə ağır bədəl ödəyib - Cozef Aun

    30 İyul 2026 21:01

    Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

    30 İyul 2026 18:24

    Əl-Riyad yeni hərbi koalisiya yaradır: Türkiyə İranla savaşa qoşular?

    30 İyul 2026 14:55

    Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

    30 İyul 2026 14:06

    Türk gənclərinin ilk dayanacağı Azərbaycandır

    30 İyul 2026 10:38
    XƏBƏR LENTİ

    Hindistanda “Tarakan Xalq Partiyası” hərəkatı Modi hökumətinə ictimai təzyiq yaratdı

    İsrail Livanın cənubunda infrastrukturu niyə dağıdır?

    Rusiya Ukraynanın 4 yük gəmisini və Çornomorsk limanını vurub

    İran blokadası zamanı 44 ticarət gəmisi istiqamətini dəyişib - ABŞ

    İran Ukraynaya cavab zərbəsindən imtina etdiyini açıqlayıb

    Türkiyədə Yüksək Hərbi Şura toplanacaq

    ABŞ insanların düşüncələrini necə idarə edir?

    Cinayətkarların artmasına sosial media necə təsir edir?

    Bu gün Corc Vaşinqton Ustad Mason titulunu qəbul etdi

    Tarixdə bu gün – 4 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.