BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar BOTAŞ ilə İraqın dövlət neft şirkətləri SOMO və NOC arasında xam neft boru kəmərinin daha səmərəli istifadəsinə dair bir illik saziş imzalandığını açıqlayıb.
VOA xəbər verir ki, nazirin sözlərinə görə, əldə olunan razılaşma çərçivəsində boru kəmərinin gündəlik 750 min barel daşıma gücünü nəzərdə tutan yeni tutum tənzimləməsi qüvvəyə minib.
Alparslan Bayraktar bildirib ki, imzalanan saziş Türkiyə ilə İraq arasında enerji əməkdaşlığının inkişafına və mövcud neft infrastrukturunun daha səmərəli istifadəsinə töhfə verəcək.