"The Telegraph" qəzetinin köşə yazarı Embroz Evans-Priçard hesab edir ki, Donald Trampın İrana qarşı atdığı addımlar onu 1956-cı ilin Süveyş böhranını xatırladan tarixi bir məqama sürükləyə bilər. Bu ssenaridə sürətli hərbi uğurlar geniş qlobal iqtisadi təzyiqlər altında əriyib itir və nəticədə ABŞ-ın alçaldıcı geri çəkilməsi ilə beynəlxalq siyasətin tarazlığı kökündən dəyişir.
VOA təhlil mərkəzi
Zeyn Qasım və Bricit Blumfild "Şiə Dünyası: Ənənə və Müasirlik Yolları" kitabında dərc olunmuş fəsillərində şiə yaddaşına və təxəyyülünə tarixi-antropoloji bir yanaşma təqdim edirlər. Şiə ədəbiyyatında "Əhli-Kisa"nın (Peyğəmbər s.ə.s-in məşhur hədisində keçən Əli bin Əbu Talib, Fatimə, Həsən və Hüseyn r.ə) mərkəzi yer tutması şübhəsizdir. Bununla belə, "Beytül-Əhzan" (Hüzünlər evi) şiə tarixi rəvayətinin əsas oxunu təşkil edir.
Dünya ABŞ-ın Yaxın Şərqə doğru irəliləyən hərbi qüvvələrini, ABŞ-İsrail koalisiyasının İrana qarşı mümkün müharibəsini və bunun Hörmüz boğazındakı naviqasiyaya, neft-qaz qiymətlərinə təsirini narahatlıqla izlədiyi bir vaxtda, ABŞ Konqresinin Tədqiqat Xidməti (CRS) diqqətçəkən bir araşdırma dərc edib. 27 fevral 2026-cı ildə, yəni müharibənin başlamasından cəmi bir gün əvvəl işıq üzü görən "Hakimiyyətin bölünməsi və NATO-dan çıxma" adlı bu araşdırma, Prezident Trampın Konqresin razılığı olmadan ABŞ-ı Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxarmaq səlahiyyətinin olub-olmadığını müzakirə edir. Araşdırmanın məhz bu zaman kəsiyində dərc olunması xüsusilə diqqət çəkir.
İranla müharibə boyunca Vaşinqtonun ictimai ritorikası dəfələrlə dəyişib, sərtləşib, yumşalıb, bəzən isə bir-birini təkzib edən siqnallar verib. Amma bir xətt demək olar ki, dəyişməz qalıb: ABŞ prezidenti Donald Tramp israrla bildirirdi ki, əsas məqsəd Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
ABŞ Prezidenti Donald Trampın İranla davam edən müharibəyə dair xalqa müraciəti gözlənilən böyük anonsların əvəzinə, əvvəlki ritorikanın təkrarı ilə yadda qalıb. Ağ Ev rəhbəri 20 dəqiqədən az davam edən çıxışında Vaşinqtonun öz məqsədlərinə çatmağa "çox yaxın" olduğunu iddia edərək, Tehranı ölkənin infrastrukturunu tamamilə məhv etməklə hədələyib.
ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Hörmüz boğazı böhranının konturlarının aydınlaşması ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı olan "Tşiuşi" (Həqiqət axtarışı) jurnalının mart ayının ortalarında Prezident Si Cinpinin dəniz iqtisadiyyatının inkişafı barədə məqaləsini dərc etməsi tamamilə təsadüfi deyil. Si Cinpin həmin məqalədə "güclü dəniz dövləti" quruculuğunun sürətləndirilməsinin zəruriliyini vurğulayıb ki, bu da Çinin dənizə münasibətdə strateji təfəkküründə artan əhəmiyyəti əks etdirən bir addımdır.
İranın kiçik Xark adası bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasında davam edən müharibənin gedişatı ilə bağlı Qərbdə aparılan müzakirələrin mərkəzində dayanır. Bir sıra Qərb qəzetlərinin bu adanı və onun əhəmiyyətini işıqlandırması göstərir ki, bura ABŞ-İran münaqişəsində həlledici nöqtələrdən birini təmsil edə bilər.
Onilliklər ərzində ABŞ-ın İrana quru hücumu ehtimalı, idarəolunmaz fəsadları və hədsiz yüksək xərcləri səbəbindən "qırmızı xətt" hesab olunurdu. Lakin bu gün ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin şiddətlənməsi ilə dünən qeyri-mümkün görünənlər bu gün real ehtimala çevrilir. Artıq müzakirələr hücumun olub-olmayacağı deyil, onun haradan başlayacağı və strateji qazanc gətirib-gətirməyəcəyi ətrafında gedir.
İranın Lİvandakı səfirinin ölkədən çıxarılması məsələsi və onun Livan hökumətinin qərarına tabe olmaqdan imtina etməsi dövlətlərarası diplomatik münasibətlərdə bənzərinə az rast gəlinən hallardan biri hesab olunur. Lakin tarixdə buna bənzər hadisələr müəyyən dərəcədə baş verib: məsələn, 1983-cü ildə Livan və İran arasındakı diplomatik böhran, 1984 və 2011-ci illərdə Birləşmiş Krallıq ilə Liviya arasındakı gərginlik, habelə 2023-cü ildə Niger ilə Fransa arasındakı qarşıdurma.
Müharibənin dördüncü həftəsində ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni təhlil edən müəllif Yonatan Toval, Amerika və İsrail rəhbərliyinin düşüncə tərzi, onların təsir etməyə çalışdıqları insanlar və cəmiyyətləri nə dərəcədə anlaması barədə dərin suallar ortaya qoyur.
İsrail hakimiyyətinin mübarək Məscidül-Əqsanı bağlaması ikinci ayına daxil olur. Bu müddətdə İsrail tərəfin mövcud vəziyyəti (status-kvo) dəyişmək, yeni faktiki reallıqlar tətbiq etmək, məkanı yəhudiləşdirmək və İslam Vəqfləri İdarəsinin səlahiyyətlərini sıradan çıxarmaq cəhdləri ilə bağlı ciddi xəbərdarlıqlar edilir.
Suriya İran müharibəsindən udacaq, yoxsa uduzacaq? Dəməşq özünü yeni bir sınaq qarşısında tapıb. O, müxtəlif döyüşlərin arasında sıxılıb qalıb: qərb sərhədlərində İsrailin Livandakı "Hizbullah"a qarşı müharibəsi, şərqdə isə İraqda silahlı qruplaşmalarla dövlət arasında artan gərginlik. Suriya səmalarında isə İsrail təyyarələri ilə İran raketləri və PUA-ları arasında "atəş kəsişməsi" (atəş xətlərinin kəsişməsi) baş verir.