Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Diplomatik toxunulmazlığın sonu: Səfirlər qovulma qərarına tabe olmasa nə baş verir?

    1 Aprel 2026 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Diplomatik toxunulmazlığın sonu: Səfirlər qovulma qərarına tabe olmasa nə baş verir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Analitik Təhlil Mərkəzi

    İranın Lİvandakı səfirinin ölkədən çıxarılması məsələsi və onun Livan hökumətinin qərarına tabe olmaqdan imtina etməsi dövlətlərarası diplomatik münasibətlərdə bənzərinə az rast gəlinən hallardan biri hesab olunur. Lakin tarixdə buna bənzər hadisələr müəyyən dərəcədə baş verib: məsələn, 1983-cü ildə Livan və İran arasındakı diplomatik böhran, 1984 və 2011-ci illərdə Birləşmiş Krallıq ilə Liviya arasındakı gərginlik, habelə 2023-cü ildə Niger ilə Fransa arasındakı qarşıdurma.
    Adətən bu cür böhranlar diplomatın öz ölkəsinə geri çağırılması, deportasiya edilməsi və ya iki ölkə arasında kompromis əldə olunması ilə nəticələnir.

    VOA aşağıda bəzi diplomatik böhranlar və onların həlli yollarına dair icmalı təqdim edir:

    Livan və İran

    Ötən çərşənbə axşamı Livan Xarici İşlər Nazirliyi Beyrutdakı İran səfiri Məhəmməd Rza Şeybaninin etimadnaməsinin ləğv edildiyini və ona ən geci bazar gününə qədər ölkəni tərk etməsi barədə tələb göndərildiyini elan edib. Lakin fevralın sonunda fəaliyyətə başlayan Şeybaninin ölkədən çıxarılması qərarı "Hizbullah" və "Amal" hərəkatı başda olmaqla Livanın şiə kəsimi tərəfindən rədd edilib. Bazar ertəsi İran tərəfi bəyan edib ki, Livan hökuməti tərəfindən "persona non grata" (arzuedilməz şəxs) elan edilməsinə baxmayaraq, səfir ölkədə qalacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında deyib: "Səfirimiz Beyrutda fəaliyyətini davam etdirəcək və orada qalacaq. Beyrutdakı səfirliyimiz hələ də işləyir".

    Bu, Livan və İran arasında baş verən ikinci oxşar diplomatik qalmaqaldır. 1983-cü ildə mərhum baş nazir Şəfiq əl-Vəzzanın hökuməti (prezident Əmin Cümayelin dövründə) İranla münasibətləri kəsmək və müvəqqəti işlər vəkili Mahmud Nuranini ölkədən qovmaq qərarı vermişdi. Lakin həmin qovulma qərarı da Livan şiələrinin etirazı ilə üzləşmişdi. Böhran 1984-cü ilin fevralına qədər — Livan hökuməti dəyişənə və İranla münasibətlər bərpa olunana qədər davam etmişdi.

    Britaniya və Liviya

    Birləşmiş Krallıq ilə Liviya arasındakı münasibətlərdə də bənzər diplomatik böhranlar yaşanıb. 2011-ci ildə polkovnik Müəmmər Qəddafi rejiminə qarşı üsyan zamanı Britaniya hökuməti diplomatik tanınmanı Qəddafi rejimindən Milli Keçid Şurasına ötürmüşdü. Nəticədə liviyalı diplomatlar ölkədən çıxarılmışdı, lakin diplomatik missiya Keçid Şurasının nəzarətinə keçənə qədər səfirlikdə Qəddafiyə sadiq qalan və bir müddət "Cəmahiriyə" bayrağını dalğalandıran işçilər qalmışdı.

    Bu, London və Tripoli arasındakı yeganə hadisə deyildi. 17 aprel 1984-cü ildə Britaniya paytaxtındakı Liviya Xalq Bürosu (səfirlik) qarşısında keçirilən nümayiş zamanı polis əməkdaşı İvon Fletçerin güllələnməsindən sonra Marqaret Tetçer hökuməti Liviya ilə diplomatik münasibətləri kəsmiş və 30 liviyalı diplomatı qovmuşdu. Hadisə Xalq Bürosunun 11 günlük mühasirəsi ilə nəticələnmiş, sonunda işçilər 27 aprel 1984-cü ildə ölkəni tərk edərək deportasiya olunmuşdular.

    Fransa və Niger

    2023-cü ildə Fransa və Niger arasındakı münasibətlərdə də səfirin qovulması ilə bağlı diplomatik böhran yaşandı. Hərbi çevrilişdən sonra Hərbi Şura Fransanın səfiri Silven İtteyə ölkəni tərk etmək əmri verdi. Fransa əvvəlcə bu əmrə tabe olmaqdan imtina edərək iddia etdi ki, Hərbi Şura qanuni hökumət deyil və onun nümayəndəsini qovmaq səlahiyyəti yoxdur. Səfir ölkəni tərk etməzdən əvvəl bir neçə həftə səfirlik binasında qaldı.

    İran və Birləşmiş Krallıq (1989)

    İranın birinci ali rəhbəri Xomeyninin Britaniya yazıçısı Salman Rüşdiyə qarşı verdiyi fətvadan sonra London və Tehran arasında diplomatik böhran yarandı. Böhran münasibətlərin azaldılmasına və diplomatların gedişinə səbəb olsa da, bəzi iranlı diplomatlar ölkədən çıxarılma qərarına dərhal tabe olmadılar və prosesi gecikdirdilər. Bu, qərarın açıq şəkildə rədd edilməsi deyil, daha çox prosesin uzadılması və dərhal tabe olmamaq kimi xarakterizə edildi.

    Venesuela və ABŞ (2019)

    Vaşinqton və Karakas arasındakı münasibətlər 2019-cu ildə ABŞ hökumətinin Xuan Quaydonu ölkə prezidenti kimi tanımasından sonra böhran həddinə çatdı. Prezident Nikolas Maduro amerikalı diplomatlara ölkəni tərk etməyi əmr etdi. ABŞ Maduronun "qeyri-qanuni" olduğunu əsas gətirərək bu əmri rədd etdi. Amerikalı diplomatlar geri çağırılana qədər bir müddət Karakasda qaldılar. Qeyd edək ki, Maduronun özü 2026-cı ilin əvvəlində həbs edilərək (oğurlanaraq) narkotik ticarəti ittihamı ilə mühakimə olunmaq üçün ABŞ-a aparılmışdır.

    Diplomat qovulma qərarını rədd edərsə nə baş verir?

    Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına (9-cu maddə) əsasən, əgər bir diplomat "persona non grata" elan edilərsə və göndərən dövlət onu geri çağırmaqdan imtina edərsə, qəbul edən dövlət həmin şəxsi diplomatik missiyanın üzvü kimi tanımaqdan imtina edə bilər. Bu isə o deməkdir ki, həmin şəxs diplomatik toxunulmazlığını itirir və hüquqi baxımdan yerli qanunlara tabe olan adi vətəndaşa çevrilir. Bu halda onun həbs edilməsi qanunən mümkün olur.

    #Beyrut #Hizbullah #Məhəmməd Rza Rauf Şeybani #Hizbullah və Amal Hərəkatı #Livan Tehrandan diplomatik qaydalara tabe olmağı tələb edir. #Diplomatik toxunulmazlığın sonu: Səfirlər qovulma qərarına tabe olmasa nə baş verir? #İranın Lİvandakı səfiri #Livan və İran #Britaniya və Liviya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fazil Küçük kimdir?

    30 Avqust 2026 13:25

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    27 Avqust 2026 03:00

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi

    25 Avqust 2026 04:28

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    Livanın xarici işlər naziri İranı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

    20 Avqust 2026 21:05

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40
    XƏBƏR LENTİ

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Bu günə olan valyuta məzənnələri

    Kia avqust ayında 83 mindən çox maşın satdı

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.